"Günəşli" yatağında yanğının söndürülməsi üçün gəmilərdə ölkəyə gətirilən yeni avadanlıqlar quraşdırılıb

"Günəşli" yatağında yanğının söndürülməsi üçün gəmilərdə ölkəyə gətirilən yeni avadanlıqlar quraşdırılıb
11:08 16 Dekabr 2015
42 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

"Günəşli" yatağında itkin düşmüş neftçilərin axtarışları bu gün də davam etdirilir.

Dekabrın 4-də "Günəşli" yatağında baş vermiş qəza ilə əlaqədar yaradılmış xüsusi qərargahdan Trend-ə verilən məlumata görə, hava şəraitindən asılı olmayaraq itkin düşmüş neftçilərin axtarışlarına hətta dalğıclar da cəlb edilib. Bundan başqa, axtarışlarda Fövqəladə Hallar Nazirliyinin (FHN) 3 gəmisi, 2 helikopteri və bir dənizə enə bilən “B-200ÇS” təyyarəsi, Dövlət Sərhəd Xidmətinin 5 gəmisi və 9 helikopteri də iştirak edir.

Platformada yanğının söndürülməsi istiqamətində də işlər davam etdirilir. Yanğının söndürülməsində hazırda 6 gəmi iştirak edir. Həmçinin yanğının söndürülməsi üçün “Boots&Coots” şirkətinin sifarişi əsasında ölkəyə gətirilən avadanlıqlar artıq gəmilərdə quraşdırılıb. Hazırda “Boots&Coots”un da yanğının söndürülməsində iştirak etməsi üçün hazırlıq işləri görülür. Qərargahdan “Boots&Coots”un artıq bu gün yanğının söndürülməsi işinə qoşulmasının mümkün ola biləcəyini deyiblər.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470099.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR