Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Kurtlar Vadisi"nin Mematisi: "Hamı mənə nifrət edəcək" (FOTO)

"Kurtlar Vadisi"nin Mematisi: "Hamı mənə nifrət edəcək" (FOTO)

Date: 16 December 2015 11:11

"Kurtlar Vadisi"nin məşhur qəhrəmanlarından olan Memati Baş bu dəfə özünü “Deliormanlı” filmində sınayacaq .

ANS PRESS-in məlumatına görə, Memati kimi tanınan Gürkan Uyğun “Deliormanlı” filmində mənfi obraz canlandıracaq.

Gürcü əsilli Gürkan Uyğun yeni çəkiləcək filmindən danışarkən bildirib ki, aktyor filmdə şeytan xasiyyətli və pis bir adamı canlandıracaq. Onun çəkiləcəyi rolun adı Tahsin Karan olacaq.

“Hamı mənə nifrət edəcək. Bu rol mənim üçün çox fərqli olacaq”.


Gürkan Uyğun "Dəliormanlı" filmində Tahsin Karanı canlandıracaq


Bir müddət əvvəl özünü 2015-ci ilin ən iddialı filmi olaraq təqdim edən "Somuncu Baba Aşkın Sırrı"ında Gürkan Uygun İldırım Bəyazid obrazını canlandırıb.

Yeni rolu ilə əlaqədar olaraq çox həyəcanlı olduğunu bildirən aktyor Bəyazid rolundan həzz aldığını deyib:


Gürkan Uyğun "Somuncu Baba Aşkın Sırrı" filmində

"Somuncu Baba Aşkın Sırrı" filmində İkinci Bəyazid xarakterini canlandırmaq inanılmaz dərəcədə xoş olsa da bir o qədər də çətin oldu. "Möhtəşəm Yüz İl"də Memar Sinanı canlandırmışdım. Bu tip tarixi şəxsləri oynamaq bir aktyor üçün böyük şansdır. Amma bir o qədər də diqqətli olmağımızın lazım olduğunu düşünürəm. İnanıram yeni film də tamaşaçılar tərəfindən sevilər".

Tags:  Kurtlar Vadisinin Mematisi Hamı mənə nifrət edəcək FOTO

RƏYLƏR


Top news