Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

FHN-in kollektivi Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Date: 16 December 2015 11:14

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun başçılığı ilə nazirliyin rəhbər heyəti və əməkdaşları Fövqəladə Hallar Nazirliyinin yaranmasının 10 illiyi münasibətilə Fəxri xiyabanda Heydər Əliyevin və görkəmli oftalmoloq Zərifə Əliyevanın məzarlarını ziyarət edib.

APA-nın məlumatına görə, Heydər Əliyevin məzarı önünə əklil qoyulub, Zərifə Əliyevanın məzarı üzərinə güllər düzülüb.

 

Daha sonra Şəhidlər xiyabanı ziyarət edilib, şəhidlərin məzarları üzərinə güllər düzülüb, “Əbədi məşəl” kompleksi önünə əklil qoyulub.

 


Tags:  FHN-in kollektivi Heydər Əliyevin məzarını Şəhidlər xiyabanını ziyarət edib

RƏYLƏR


Top news