Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Yeniyetmə sərbəst güləşçilərimiz Kaspiyskdə ilin son turnirinə qatılacaqlar

Yeniyetmə sərbəst güləşçilərimiz Kaspiyskdə ilin son turnirinə qatılacaqlar

Date: 16 December 2015 11:18


Bakı, 16 dekabr, AZƏRTAC
Dekabrın 19-20-də Dağıstanın Kaspiysk şəhərində yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçiriləcək.
Azərbaycan Güləş Federasiyasından AZƏRTAC-a bildiriblər ki, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yığma komandamızın 12 üzvü turnirdə qüvvəsini sınayacaq.
Heyətdə Əlimuxtar Abbasov (42 kq), Əsgər Məmmədəliyev (46 kq), Əşrəf Aşurov (50 kq), Turan Bayramov, Əvəz Həmzəyev (hər ikisi 54 kq), Vahid Əlizadə (58 kq), Almazbek Süleymanov (63 kq), Rəşad Yusifli (69 kq), Fərid Hüseynli, Abdulmüslüm Məmmədov (hər ikisi 76 kq), Əli Əminzadə və Asxab Həmzətov (hər ikisi 100 kq) yer alıb.

Tags:  Yeniyetmə sərbəst güləşçilərimiz Kaspiyskdə ilin son turnirinə qatılacaqlar


RƏYLƏR


Top news