Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

"Texnikabank"ın yeni loqo və şüarı təsdiqlənib

"Texnikabank"ın yeni loqo və şüarı təsdiqlənib

Date: 16 December 2015 11:23

Bakı. Trend:

Əvvəlki adını qaytarmış “Texnikabank” ASC yeni loqotip və şüarını (sloqan) təqdim edib.

Loqo özündə Bankın adının təcəssüm etdirir və birinci hərfləri birləşdirməklə nəfis kompozisiya yaradır. Hərflərin bir-birinə hörülməsi bank mexanizminin dəqiq işləməsinə və müasir, texnoloji olmasına işarə edir.

Əvvəlki rəng çalarlarının (əsas rəng - tünd yaşıl, köməkçi rəng - firuzəyi) istifadəsi Bankın ənənələrinə sadiqliyi ilə yanaşı təmkinliyi, etibarlılığı nümayiş etdirir.

Yeni sloqan - “Ən etibarlı bank”, maliyyə qurumun əsas üstünlüyünə, etibarlılığa dəlalət edir və Azərbaycan iqtisadiyyatının sistem əhəmiyyətli banklarından hesab edilən “Texnikabank”ın nüfuzunun yenidən qaytarılmasını bildirir.

Eyni zamanda, Bankın saytı www.texnikabank.az ünvanına köçürülüb və yaxın vaxtlarda yeni dizayn və tərtibatda istifadəçilərin ixtiyarına veriləcək.

Bizi Twitter-dən izləyin: @trend_az


Tags:  Texnikabankın yeni loqo şüarı təsdiqlənib

RƏYLƏR


Top news