Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

O qəzet rəsmən ləğv olundu - AZƏRBAYCANDA

O qəzet rəsmən ləğv olundu - AZƏRBAYCANDA

Tarix: 16 Dekabr 2015 11:24

 

 

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.

 

APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

 

Qeyd edək ki, “Paritet” qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

 

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.


Teqlər:  qəzet rəsmən ləğv olundu AZƏRBAYCANDA



RƏYLƏR


Top xəbərlər