Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Siçovul məbədi: "Hər kişi öləndə siçovul olur" - VİDEO - FOTO

Siçovul məbədi: "Hər kişi öləndə siçovul olur" - VİDEO - FOTO

Date: 16 December 2015 11:27

"Biz hər kişinin öləndən sonra ruhunun dəyişdiyinə və siçovula çevrildiyinə sidq-ürəkdən inanırıq. Buradakı siçovullar da o biri həyatında gənc oğlan və ya kişi olublar".
... Hindistanın Racastan ştatındakı kiçik Deşnok şəhərində yerləşən Karni Mata məbədi zahirən Hindistan yarımadasındakı digər məbədlərdən çox fərqlənmir. Möhtəşəm memarlıq üslubuna malik məbədə hər gün sitayiş üçün yüzlərlə hindus gəlir.
Amma onların sitayiş obyekti qeyri-adidir və ayinləri görən turistləri şoka salır.


Çünki Karni-Matada siçovullara sitayiş edirlər, burada siçovulları bəsləyir, yemləyir, əzizləyir, öpürlər.
Məbəddə siçovulları vurmaq, yaxud öldürmək qəti qadağandır. Əgər kimsə hətta ehtiyatsızlıq ucbatından 20 mindən artıq siçovuldan birini tapdalayarsa, ölən siçovulun əvəzində məbədə qızıldan hazırlanmış siçovul verməli, yaxud da 16 min dollar məbləğində cərimə ödəməlidir.

Karni Mata 1387-1538-ci illərdə Racastanda yaşamış hindus qadın olub. Onu Durqa tanrısının Yerdəki reinkarnasiyası sayırlar.
Durqa tanrısı tanrılar tanrısı Devinin simalarından biri sayılır və bütün Kainatdan asılı olmayaraq əbədi "Svatantriya" vəziyyətindədir.
Rəvayətə görə, Karni Matanın övladlığa götürdüyü Lakhan 1463-cü ildə Deşnokda göldən su içəndə boğulur. Karni ağlayır, Yamu tanrısına dua edərək oğlunun dirilməsini istəyir. Amma Yamu bu istəyi rədd edir. Sinirlənmiş Karni də deyir ki, onun kastasından olan bütün kişilər və oğlanlar öləndən sonra Yama tanrısının məkanına düşməyəcək, siçovula çevriləcəklər, sonrakı reinkarnasiyalarında insan kimi doğulacaqlar. 

Deşnokdakı məbəd də Karni Matanın şəninə tikilib və "Siçovullar məbədi" kimi məşhurlaşıb. Yerlilər inanırlar ki, məbəddəki adi siçovullar "adi" insanlar, ağ və boz siçovullar isə Karni Matanın nəslindən olan şəxslərdir.
Karni Matanın məbədlərində onun rəsmləri yoxdur. Əvəzində yerlilər siçovulları Matanın sadiq tərəfdarları sayırlar.
"Siçovullar məbədi"nə ibadət üçün gələnlər buradakı dəmir qabları süd, şirniyyat və buğda ilə doldururlar.
İldə 4 dəfə keçirilən Navratri bayramında isə məbədə üz tutanların sayı dəfələrlə artır. 
Yerlilər ona da inanırlar ki, məbəddə olduqları zaman siçovullardan biri onların yalın ayaqlarının üstündən qaçarsa, bəxt üzlərinə güləcək.
Habelə, məbəddə siçovulların yanında nahar etmək də uğur gətirən amil sayılır. Yemək yeyəndə siçovul da nahara qatılarsa, yerlilər sevinirlər.
Məbədə yollanan qızlar siçovullardan birini seçir, onu  götürüb oxşayır, öpürlər.
Racastanlıların fikrincə, Karni Mata məbədində siçovulu öpən qızın bəxti açılır, övladı olmayan qadın isə analıq sevincini yaşayır.

Orxan Hun
Milli.Az







































Tags:  Siçovul məbədi Hər kişi öləndə siçovul olur VİDEO FOTO

RƏYLƏR


Top news