""Günəşli" yatağında yanğınsöndürmə işlərinin birinci fazası başa çatıb"

""Günəşli" yatağında yanğınsöndürmə işlərinin birinci fazası başa çatıb"
11:32 16 Dekabr 2015
19 Digər
Ölkə mətbuatı
A- A+

"Günəşli" yatağındakı yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Trend-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib.

Nazir bildirib ki, yataqdakı 10 saylı dərin dəniz özülündə yanğınsöndürmə işlərinin birinci fazası başa çatıb: "Artıq bir quyunun ağzı bağlanıb. Digər quyularda da yanğının söndürülməsi üçün işlər davam etdirilir".

K.Heydərov qeyd edib ki, yanğının söndürülməsi, yəqin ki, yaxın vaxtlarda başa çatacaq. Onun sözlərinə görə, itkin düşən neftçilərin axtarışları hər gün davam edir: "Havanın pis olduğu günlərdə də işlər davam etdirilir. Axtarışlar üçün başqa vasitələrdən də istifadə edəcəyik. Estakadaların dibinə baxış keçiriləcək".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390640.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR