"Texnikabank"ın yeni loqo və şüarı təsdiqlənib

"Texnikabank"ın yeni loqo və şüarı təsdiqlənib
11:32 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Təkrar rebrendinq həyata keçirən “Texnikabank” ASC (keçmiş "Bank Technique") yeni loqotip və şüarını təqdim edib. "Report"un Banka istinadən verdiyi xəbərə görə, loqo özündə Bankın adını təcəssüm etdirir və birinci hərfləri birləşdirməklə kompozisiya yaradır. Hərflərin bir-birinə hörülməsi bank mexanizminin dəqiq işləməsinə və müasir, texnoloji olmasına işarə edir.
"Əvvəlki rəng çalarlarının (əsas rəng - tünd yaşıl, köməkçi rəng - firuzəyi) istifadəsi Bankın ənənələrinə sadiqliyi ilə yanaşı təmkinliyi, etibarlılığı nümayiş etdirir. Yeni sloqan - “Ən etibarlı bank” isə “Texnikabank”ın nüfuzunun yenidən qaytarılmasını bildirir", - deyə Bankdan bildirilib.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/texnikabank-in-yeni-loqo-ve-suari-tesdiqlenib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR