Bahar Muradova: "İnsanlar öz mənfi ambissiyaları üçün uşaqları qurban verə bilməz"

Bahar Muradova: "İnsanlar öz mənfi ambissiyaları üçün uşaqları qurban verə bilməz"
11:37 16 Dekabr 2015
18 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/  “Qanunların qəbulu, məzmunu ideal ola bilər, amma nə qədər ki, qanunlar ənənələrdən üstün deyil, aşağı tutulacaqsa, bu halda əlbəttə, çətinliklərlə üzləşəcəyik”. 
“Report” xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, parlamentin İnsan hüquqları komitəsinin sədri Bahar Muradova “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda deyib.
B.Muradova qeyd edib ki, Azərbaycan hökumətinin erkən nikah məsələsinə münasibəti birmənalıdır: “Biz qadınların və uşaqların hüquqlarına prioritet məsələ kimi baxırıq. Bunun üçün hökumət üzərinə düşən vəzifəni yerinə yetirir. Azərbaycan parlamenti nikah və ailə qanunvericiliyi sahəsində ciddi uğurlar əldə edib. Bu kimi məsələlərə cəmiyyətin münasibəti həlledicidir",
Milli Məclis sədrinin müavini bildirib ki, insanlar öz mənfi ambissiyaları üçün uşaqları qurban edə bilməz: "Uşaqlar oyuncaqla oynamalıdırlar, amma onlar özləri oyuncağa çevrilirlər. Ailədaxili tərbiyəyə diqqət ayırmalıyıq. Biz qızlarımızı başqalarının iradəsindən asılı, oğlanları isə başqasının üzərində hökmran kimi tərbiyə edir, böyüdürük”.

Xəbərin orijinal ünvanı: http://report.az/sosial-mudafie/bahar-muradova-i-nsanlar-oz-menfi-ambissiyalari-ucun-usaqlari-qurban-vere-bilmez

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR