Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olundu

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olundu

Date: 16 December 2015 11:42

Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olunduğunu elan edib.

APA-nın məlumatına görə, "Paritet" qəzetinin redaksiyasının ləğv olunduğu barədə qərar rəsmi qəzetdə dərc olunub.

Qeyd edək ki, "Paritet" qəzeti 1999-cu ilin avqust ayının 17-də yaradılıb, həftədə 3 dəfə işıq üzü görüb. Azərbaycan Mətbuat Şurasının üzvü olan qəzet fəaliyyətini faktiki olaraq 2012-ci il dekabrın 20-də dayandırıb.

Həmin vaxt qəzetin baş redaktoru Cəmaləddin Quliyev bildirmişdi ki, qəzet fəaliyyətini müvəqqəti dayandırır, bu barədə qərarı təsisçi qəbul edib. C. Quliyev təsisçinin bu qərarının texniki-maddi problemlərlə əlaqədar olduğunu bildirmişdi.

Milli.Az


Tags:  Azərbaycanda tanınmış qəzetlərdən biri rəsmən ləğv olundu


RƏYLƏR


Top news