2015-ci ildə boşanan və evlənən yerli məşhurlar - FOTO

2015-ci ildə boşanan və evlənən yerli məşhurlar - FOTO
11:42 16 Dekabr 2015
206 Digər
Ölkə mətbuatı
A- A+

2015-ci il yerli məşhurların əksəriyyətinin şəxsi həyatında dəyişikliklərlə yadda qaldı.

Milli.Az axşam.az-a istinadən bu il ərzində boşanan, nişanını qaytaran və toy edən məşhurların siyahısını təqdim edir:

Dörd il əvvəl ailə quran azərbaycanlı model Günay Musayeva ilə aktyor Tolqa Karel rəsmi şəkildə boşanıblar. Onların qalmaqallı şəkildə ayrılması Türkiyə və Azərbaycan mediasında uzun müddət gündəmdə qaldı. Günay və Tolqa cütlüyü 2011-ci ildə ailə qurub. Cütlüyün Cahangir adlı bir oğlu var. 

Müğənni Elton Hüseynəliyev və prodüser Toma cütlüyü avqustda rəsmən boşanıb. Lakin son vaxtlar onların barışması xəbərləri də yayılıb. Cütlüyün iki qız övladı var.

Model Minarə Allahverdiyeva prodüser həyat yoldaşı Cenk İçtəndən ayrılıb. Onlar 2014-cü ilin fevralında ailə qurublar. Cütlüyün Məryəm Nur adlı bir qızı var. Bu hər iki tanınmışın ikinci evliliyi idi.

Aktyor Cabir İmanov Ayla Aslanova adlı həyat yoldaşından ayrılıb. Onların evliliyindən iki övladı var. Lakin C.İmanov bu il ikinci dəfə ailə həyatı qurub.

ATV kanalında idman xəbərlərinin eks-aparıcısı, hal-hazırda özünü "Bacanaqlar" serialında aktrisa kimi sınayan Aysel Nazim həyat yoldaşından ayrılıb.

"The Best Model Of Azerbaijan 2006"nın qalibi, model Rüstəm Cəbrayılov həyat yoldaşından rəsmi şəkildə boşanmasa da, ayrıldığını etiraf edib.

Əməkdar artist Mətanət İsgəndərlinin qızı Ülkər ikinci dəfə nişanını qaytarıb. 

İl ərzində ailə qurub subaylığın daşını atanlar da oldu.

Ən çox müzakirə olunan evliliklərdən biri meyxanaçı Namiq Qaraçuxurlunun olub. Belə ki, sənətçi eyni zamanda iki toy edərək dostları üçün ayrıca məclis keçirib. Media Namiqin evləndiyi xanımın görüntüsünü heç cür əldə edə bilməyib.

İTV-nin aparıcısı Saleh Bağırov nişanlanıb. Dünən isə o, nişanlısı ilə rəsmi nikaha girib.

ANS TV-nin aparıcısı Elgiz Əkbər də bu il ailə quranlar siyahısındadır. O, Əsmər adlı xanımla nikah masasına oturub. Aparıcı toyunu mediaya qapalı etmişdi. Bu yaxınlarda isə Elgiz ata olacağını açıqlayıb.

Azərbaycanlı model Ləman türkiyəli prodüser Sipan Baburla ailə qurub.

"Qəbələ" klubunun yarımmüdafiəçisi Vaqif Cavadov subaylığın daşını atıb. Futbolçu Səbinə adlı xanımla ailə həyatı qurub.

"Muğam müsabiqəsi"nin iştirakçısı, xanəndə Könül Tağıyeva sentyabrda ailə qurub. 

ANS-in keçmiş aparıcısı Gülnarə Məmmədovanın Türkiyədə Özgür adlı iş adamı ilə ailə qurub. Bu, aparıcının ikinci evliliyidir.

Ukraynada keçirilən "Ukraynanın səsi" yarışından tanınan Vaqif Nağıyev Elmira adlı xanımla nikah masasına oturub. Müğənni özünə iki dəfə - biri Ukraynada, digəri isə Bakıda toy edib.

AzTV-nin aparıcısı Emil Şahzadə Könül adlı xanımla ailə qurub.

ATV telekanalının aparıcısı, 106 FM-in diceyi Nurlana Cəfərova Mehmet Uğur adlı Türkiyə vətəndaşı ilə nikaha girib. 

Repçi Orxan Zeynallı (AİD) Ülviyyə adlı xanımla ailə qurub.

İlin diqqət mərkəzində olan toylarından biri əməkdar artist Elza Seyidcahanın qızına məxsus idi. Gülşən Elxan Əlisatov adlı fotoqrafla ailə qurub. Toy mərasimində Elzanın ayrıldığı həyat yoldaşı da iştirak etmişdi.

Gənc Tamaşaçılar Teatrının aktrisası Nigar Bahadırqızı Türkiyə vətəndaşı Ersel Aktara ərə gedib.

Müğənni Manaf Ağayevin qızı Səmayənin toyu olub. Bu, M.Ağayevin qızının ikinci toyudur. Səmayə xanım 2010-cu ildə ailə qurmuş və ayrılmışdı. Müğənni keçmiş kürəkəninin narkotik maddə aludəçisi olduğunu bildirmişdi.

ATV-nin aparıcısı İslam Mehrəliyev uzun müddət nişanlı olduğu Nəzrin adlı xanımla ailə qurub.

Müğənni Əlikram Bayramov oğlu Qalib üçün üç gün toy edib. Sənətçi açıqlamasında mərasimin birinin rayonda baş tutduğunu bildirib. Paytaxtda keçirilən iki məclisin birində yalnız ifaçının sənət dostları, digərində isə qohumları iştirak ediblər.

Müğənni Cabbar Musayevin oğlu Fərhad Təranə adlı xanımla ailə qurub.

Aparıcı Günel Hümbətova Firuz Soliyev adlı gənclə nikah masasına oturub. Uzun müddətdir xaricdə olan aparıcının toyu Las-Veqasda baş tutub.

Müğənni Aytac Vidadiqızı, aparıcı Günel Musəvi, model İlqar Əliyev də nişanlanıblar.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/showbiz/390631.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR