Məleykə Abbaszadə: Hər 100 qız Nardaran sakini məktəbə gedirsə, 10 nəfəri 11-ci sinfə gəlib çatır

Məleykə Abbaszadə: Hər 100 qız Nardaran sakini məktəbə gedirsə, 10 nəfəri 11-ci sinfə gəlib çatır
11:43 16 Dekabr 2015
35 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva - Trend:

Hər 100 qız Nardaran sakini məktəbə gedirsə, onun 10 nəfəri 11-ci sinfə gəlib çatır.

Trend-in məlumatına görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

M.Abbaszadə qeyd edib ki, ölkədə 1998-99-cu ildə anadan olan 125 mindən çox uşaq 2004-cü ildə 1-ci sinfə gedib: "Lakin 9 ildən sonra buraxılış imtahanı verərkən onların 3,5 faizi 9-cu sinfədək oxumayıb. Bu, o deməkdir ki, 4500-dən çox uşaq icbari təhsil almayıb. Ölkə üzrə bu rəqəm elə də böyük deyil. Amma həmin uşaqların yalnız 600-ü oğlan, qalan 85 faizi - 3000-dən çoxu qızdır. İcbari təhsildən kənarlaşdırmanın səbəbləri müxtəlif ola bilər, amma bu rəqəmlər oğlan və qızlar arasında təqribən eyni olmalıdır. Əgər 600 oğlan icbari təhsil almayıbsa, təxminən də o qədər qız icbari təhsil almasaydı, bu, təbii amil kimi qəbul oluna bilərdi. Amma biz görürük ki, 3500-dən çox qız icbari təhsil almayıb, onların erkən nikaha daxil olma riski var. Biz problemləri daha çox regionlarda görürük".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470138.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR