DSMF dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb

DSMF dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini vaxtından əvvəl başa çatdırıb
11:53 16 Dekabr 2015
28 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət Sosial Müdafiə Fondu (DSMF) dekabr ayı üzrə əmək pensiyalarının maliyyələşdirilməsini qrafikdən əvvəl başa çatdırıb.

Bu barədə jurnalistlərə Fondun sədri Elman Mehdiyev Qəbələdə keçirilən vətəndaşların qəbulu zamanı bildirib.

E.Mehdiyev qeyd edib ki, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu 2015-ci ilin dekabr ayı üzrə əmək pensiyalarının müəyyən edilmiş qrafikdən əvvəl maliyyələşdirilməsini təmin edib.

Belə ki, Fondun mərkəzi xəzinə hesabından pensiyaların maliyyələşdirilməsi üçün tələb olunan vəsaitin yerli orqanların hesablarına köçürülməsi Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonları üzrə dekabr ayının 7-si, respublikanın digər rayon və şəhərləri üzrə isə dekabr ayının 15-i tarixində tam yekunlaşıb.”

Qarşıdan gələn 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramına qədər bütün pensiyaçılar qabaqcadan öz pensiyalarını ala biləcəklər.

Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsi pensiya və müavinətlərin müəyyən olunmuş qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib. Ümumilikdə, başa vurmaqda olduğumuz il ərzində əmək pensiyalarının maliyyələşdirilməsinin hər ay vaxtından əvvəl həyata keçirilməsi təmin olunub.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470147.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR