Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Məleykə Abbaszadə: "100 nardaranlı qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır"

Məleykə Abbaszadə: "100 nardaranlı qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır"

Date: 16 December 2015 11:54

Bakının Nardaran qəsəbəsində orta məktəbə gedən hər 100 nardaranlı qızdan yalnız 10 nəfəri 11-ci sinfə gəlib çatır”.
 
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.
 
O bildirib ki, 2004-cü ildə 1998-1999-cu ildə anadan olan 125 mindən çox uşaq 1-ci sinfə daxil olub: “Rəqəmlər ölkə üzrə təxminən eynidir. Həmin vaxt 50 faiz qız, 50 faiz oğlan birinci sinfə daxil olub. 9 ildən sonra keçirilən buraxılış imtahanları zamanı məlum olub ki, onların 3,5 faizi heç 9-cu sinfə gəlib çatmayıb. Deməli 4500-dən çox uşaq icbari təhsil ala bilməyib. 4500-dən çox uşağın 600-ü oğlanlar, yerdə qalanı isə qızlardır. Hər il bu proses davam edir”. 
 
 
 
TQDK sədri qeyd edib ki, son 5 ildə ali məktəblərə qəbul prosesində qızlar oğlanları qabaqlayıb: “Lakin son  illərdə ali məktəbə sənəd verən qızların sayı azalıb. Bu il ali məktəblərə 49 min oğlan, 43 min qız sənəd verib. Amma qəbulda qızlar daha fəal olub”.
 

Tags:  Məleykə Abbaszadə 100 nardaranlı qızdan 10 nəfəri 11-ci sinfə gəlib çatır

RƏYLƏR


Top news