Zaur Svanadze: "Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək"

"Rəvan" - "İnter" oyunundan sonra qonaqların baş məşqçisi Zaur Svanadze də mətbuat nümayəndələrinin qarşısına çıxıb.

Gürcü çalışdırıcı məğlubiyyətlərdən sonra qazanılan 3 xalın önəmini xüsusi vurğulayıb:

"2 məğlubiyyətdən sonra qələbə qazandıq. Qazanılan 3 xala görə şadam. Özümüzdə güc tapıb qələbə əldə etdik. Çalışacağıq ki, qışa qədər olan son oyunda da yaxşı nəticə qazanıb, evə yaxşı əhval-ruhiyyədə gedək".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR