Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Fövqəladə Hallar Nazirliyinin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
12:03 16 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, Məhərrəm Əlioğlu, AZƏRTAC
Prezident İlham Əliyevin 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən, hər il dekabrın 16-sı ölkəmizdə Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin peşə bayramı günü kimi qeyd edilir. Bu il FHN-in yaradılmasının on ili tamam olur.
AZƏRTAC xəbər verir ki, bu münasibətlə dekabrın 16-da Fövqəladə Hallar Nazirliyinin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Sonra Şəhidlər xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi anılıb, onların məzarları üzərinə gül, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fovqelade_Hallar_Nazirliyinin_kollektivi_umummilli_lider_Heyder_Aliyevin_mezarini_ve_Sehidler_xiyabanini_ziyaret_edib-911629

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR