Kəmaləddin Heydərov "Günəşli"də aparılan xilasetmə işlərindən danışdı

Kəmaləddin Heydərov "Günəşli"də aparılan xilasetmə işlərindən danışdı
12:04 16 Dekabr 2015
29 Ölkə
Ölkə mətbuatı
A- A+

"Bir quyunun ağzı bağlanıb, o biri quyulardakı yanğınların ram edilməsi istiqamətində işlər gedir"

 

 

"Günəşli" yatağında yanğının söndürülməsi işlərinin birinci fazası başa çatıb. Dünən bir quyunun ağzı bağlanıb. O biri quyulardakı yanğınların ram edilməsi istiqamətində işlər gedir".

 

APA-nın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib.

 

Nazir bildirib ki, digər quyularda yanğınların söndürülüməsi yaxın vaxtlarda mümkün olacaq.

 

İtkin düşmüş neftçilərin axtarışlarının FHN və Dövlət Sərhəd Xidmətinin təyyarələri, vertolyotları və gəmiləri tərəfindən aparıldığını qeyd edən K. Heydərov havanın əlverişsiz olduğu günlərdə axtarış işlərinin digər texnikalarla davam etdirildiyini bildirib: "Bu günədək hələlik 6 nəfərin meyiti tapılıb. Biz axtarış zamanı başqa üsullardan da istifadə etməyə başlamışıq. Batiskaflardan istifadə edərək yaxın quyuların, estakadaların diblərinin axtarışına başlamışıq. Yanğın baş verən platformanın dibində işləmək mümkün deyil. Çünki orada soyutma işləri gedir, texnikanın ora yaxınlaşmaq imkanı yoxdur".

 

Nazir aparılan işlərin prezident İlham Əliyevin birbaşa nəzarətində olduğunu qeyd edib: "Hər gün prezidentə məruzə olunur. Bu, böyük təbii fəlakət idi. Təbii fəlakət nəticəsində baş vermiş texnogen qəza bizə göstərir ki, gələcəkdə daha diqqətli olmalıyıq. Xəzər dənizində belə qəzalar əvvəllər də olub. "Bulla" yatağında fontan qazın partlayışı baş vermişdi. Bundan başqa, balıqçılar itkin düşmüşdü, digər texniki qəzalar olmuşdu. FHN-də elə bir texnika yoxdur ki, bu axtarışlarda iştirak etməsin. Sadəcə hava şəraiti əlverişsizdir. 140 km/saat sürətində külək, 10 ballıq dalğalar nəticəsində bu qəza baş verib. Qəzanın ertəsi günü hava yavaş-yavaş düzəlib. Bəzi işlər görülüb. Eləcə də neftçilərin meyitləri tapılaraq çıxarılıb".

 

K. Heydərov bildirib ki, FHN-nin yarandığı 10 il ərzində həm axtarış, həm də xilasetmə üçün kifayət qədər texnika və cihaz alıb: "Bizim kənardan hansısa texnika gətirməyimizə ehtiyac yoxdur. Həmin gün bizə bir çox ölkədən, həmçinin Rusiyadan nazirlər, qurumların rəhbərləri zəng edib kömək təklif etmişdilər. Amma təklif etdikləri texnikalar bizim özümüzdə də var. Sadəcə, əlverişsiz hava şəraitinin bir neçə gün davam etməsi, güclü yanğın xilasetmə işlərinə imkan vermədi.  Neftçilərin dediyinə görə, belə hadisə sonuncu dəfə 1957-ci ildə olub".

 

Nazir qeyd edib ki, dekabrın 4-də Neft Daşlarında güclü külək neftçilərin içində olduğu köşkü dənizə atıb və 3 nəfər itkin düşüb: "Onların da axtarışı davam etdirilir".

 

K. Heydərov bildirib ki, axtarış-xilasetmə işləri spesifik xarakter daşıyır: " Biz işlərin gedişi ilə bağlı mütəmadi əhalini məlumatlandırırıq. Çox təəssüf ki, bəzi adamlar yaranmış vəziyyətdən başqa məqsədlər üçün istifadə edirlər. Əminəm ki, nə zamansa o insanların vicdan oyananda onlar da təbii fəlakət nə demək olduğunu, bu hadisələr zamanı xilasetmə əməliyyatlarının necə, hansı şəraitdə aparıldığını anlayacaqlar.  Xilasedicilər də insandır, onların da həyatı üçün təhlükə olan məqamlar olur. Əgər siz son hadisədə aparılan xilasetmə əməliyyatına baxsanız, görərsiniz ki, fədakar xilasedicilər öz həyatlarını riskə ataraq, neftçiləri qayıqdan necə sağ-salamat qurtardılar".

 

Nazir itkin düşmüş neftçilərin ailələrinə səbr arzulayıb.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 22:48

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Kopenhagenə gedib

22 Avqust 2017 22:42

Tramp Əfqanıstanla bağlı strategiyasını açıqlayıb

22 Avqust 2017 22:42

Qurban Qurbanov: "Sabah bizi ağır oyun gözləyir"

22 Avqust 2017 22:37

Azərbaycanda yalnız bir ordu generalı var

22 Avqust 2017 22:33

Ağ Ev yaxınlığında şübhəli əşya tapılıb

22 Avqust 2017 22:32

Xətai rayonunun Sadıqcan Əbilov küçəsində hərəkət məhdudlaşdırılıb

22 Avqust 2017 22:22

İtaliyada zəlzələ -

22 Avqust 2017 22:20

Ani diqqətsizlik insanların həyatına son qoya bilər - quyular açıq vəziyyətdədir - VİDEO

22 Avqust 2017 22:18

Latviyada çadra qadağan olunur

22 Avqust 2017 22:14

Hindistanda 462 nəfər daş atma festivalında xəsarət alıb

22 Avqust 2017 22:12

Məşhur aktyorun qızından çılpaq fotosessiya

22 Avqust 2017 22:08

"Kopenhagen"in baş məşqçisindən "Qarabağ" şərhi

22 Avqust 2017 22:07

İraq ordusu İŞİD-in müdafiə xəttini yardı -

22 Avqust 2017 22:00

BMT: Nigeriyada terrorçular 83 uşaqdan kamikadze kimi istifadə ediblər

22 Avqust 2017 21:57

Yol kənarındakı restoranlarda spirtli içki satmaq düzgündürmü? - VİDEO

22 Avqust 2017 21:48

Aygün Kazımovanın "yataq fotosu"ndakı oğlan kimdir?

22 Avqust 2017 21:38

Suriyanın Hama vilayətinə endirilmiş hava zərbələri nəticəsində 50 dinc sakin həlak olub

22 Avqust 2017 21:37

İran PKK-ya qarşı Türkiyə ilə birgə əməliyyat planlaşdırmır

22 Avqust 2017 21:34

Hamı onların toyunu maraqla izləmişdi. Boşanırlar-

22 Avqust 2017 21:25

Şimali Koreya yenidən Quama zərbə endirəcəyi ilə HƏDƏLƏDİ

22 Avqust 2017 21:18

Fındıq ixracı ölkəmizə 105 milyon dollar gəlir gətirib

22 Avqust 2017 21:12

“ASAN peşə” üzrə sənəd qəbulu başa çatdı

22 Avqust 2017 21:09

Məşhur çeçen əsilli kriminal avtoritet Bakıda niyə saxlanıldı?

22 Avqust 2017 21:03

Qvardioladan Messi barədə açıqlama

22 Avqust 2017 20:55

Naxçıvan ərazisinin 28 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinin payına düşür

22 Avqust 2017 20:52

“Kopenhagen”in baş məşqçisi sabahkı oyunu şərh etdi

22 Avqust 2017 20:43

"BHP Billiton" ABŞ-dakı şist neft biznesini satışa çıxaracaq

22 Avqust 2017 20:42

Şimali Koreyadan ABŞ-a növbəti hədə

22 Avqust 2017 20:39

Mingəçevirdə azyaşlı təhlükəli maddədən zəhərlənib

22 Avqust 2017 20:37

Gürcüstan prezidenti Azərbaycana təşəkkür etdi

22 Avqust 2017 20:30

Mayonezin saça bu faydasını bilmirsiniz... - MASKA

22 Avqust 2017 20:28

Tahir Rzayev: Ermənistan normal himayəçi tapsa, dərhal Rusiyanı satacaq

22 Avqust 2017 20:18

"Kopenhagen"in baş məşqçisi: "Qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik"

22 Avqust 2017 20:12

İki il əvvəlki VARİANT, düşmənin tamamilə MƏHVİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

22 Avqust 2017 20:03

Allahşükür Paşazadə dövlətlərarası təşkilatın rəhbərliyində təmsil olunacaq

22 Avqust 2017 20:02

Azərbaycandan Gürcüstana dəstək -

22 Avqust 2017 20:02

"Barselona" klubu Neymara qarşı 8,5 milyon avroluq iddia qaldırıb

22 Avqust 2017 19:47

Ayrıldığı deyilən müğənni haqda şok iddia - FOTOLAR

22 Avqust 2017 19:38

Rostovdakı yanğın tamamilə söndürüldü -

22 Avqust 2017 19:38

Mehdiabad-Balaxanı avtomobil yolunda hərəkət məhdudlaşdırılır

22 Avqust 2017 19:37

FHN-in xilasediciləri Gürcüstanda meşə yanğınlarının söndürülməsinə cəlb olunub

22 Avqust 2017 19:34

Rəqqasə Oksanadan cazibədar pozalar - YENİ FOTOLENT

22 Avqust 2017 19:29

Fransanın nüfuzlu radiosunda Azərbaycanın tolerantlıq mühitindən BƏHS EDİLDİ

22 Avqust 2017 19:23

Barselona terrorunda şübhəli bilinən əsas silahlı məhv edildi

22 Avqust 2017 19:16

Sürücülərin nəzərinə: bu yol sabahdan bağlanacaq - XƏBƏRDARLIQ

22 Avqust 2017 19:14

ABŞ Rusiyanın 4 vətəndaşına və 1 şirkətinə sanksiya TƏTBİQ ETDI

22 Avqust 2017 19:13

Bakıda “Sağlam Azərbaycan Festival”ı keçiriləcək

22 Avqust 2017 19:07

Şəmkirə 3 milyon manat vəsait ayrıldı

22 Avqust 2017 19:00

5 yaşlı Zeynəbin quduzluqdan ölməsi ilə bağlı YEKUN RƏY: həkimlər cəzalandırıldı

22 Avqust 2017 18:58