"Real Madrid" və "Barselona" cəzalandırıla bilər

"Real Madrid" və "Barselona" cəzalandırıla bilər
12:11 16 Dekabr 2015
29 İdman
Ölkə mətbuatı
A- A+

FİFA prezidenti vəzifəsindən kənarlaşdırılan Yozef Blatter deyib ki, “Real Madrid” və “Atletiko Madrid” klubları cəzalandırıla bilər.

ANS PRESS-in məlumatına görə, Blatter baş futbol qurumunun nizam-intizam komitəsi tərəfindən Madrid klubları ilə bağlı bəzi məsələlərin araşdırdığını deyib.

Blatter qeyd edib ki, Madrid klubların etdiyi səhvi “Barselona”da edə bilər. Əgər bu aşkar olunsa klublar cəzalanmalıdır.

“FİFA-nın nizam intizam komitəsi “Real”, “Atletiko” və “Barselona”nın yol verdiyi pozuntuları araşdırır. Əgər pozuntular aşkar olunsa klublar sərt cəzalanmalıdır”.

İddiaya görə, adıçəkilən klublar lipa oyunçulardan (futbolçunun yaşının süni sürətdə artırılması) istifadə edirlər.

Yozef Blatter

FİFA-da korrupsiya ilə bağlı qalmaqal bu ilin yazında ABŞ-ın sorğusuna görə bir neçə məmurun həbs olunmasından sonra baş qaldırıb.

2018 və 2022 DÇ-na ev sahibliyi edəcək ölkələrin korrupsiya müqabilində seçilməsinə dair işi Federal Tətqiqatlar Bürosu (FTB) və ABŞ prokurorluğu tərəfindən araşdırılıb.


Mişel Platini

Oktyabrın əvvəlində FİFA-nın etika komitəsinin qərarına görə, Yozef Blatter futbol sahəsində işdən 90 gün müddətinə kənarlaşdırılıb.

Eyni xarakterli sanksiyalar qurumun baş katibi Jerom Valke və UEFA-nın Prezidenti Mişel Platiniyə qarşı da tətbiq olunub.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=367401

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR