Bakı. 16 dekabr. REPORT.AZ/ ABŞ-ın müdafiə naziri Eşton Karter gözlənilmədən İraqa səfər edib.
"Report" xəbər verir ki, bu haqda "Reuters" məlumat yayıb.
Məlumata görə, Pentaqon rəhbəri İraqdakı amerikalı hərbçilərin komandirləri ilə Bağdadda görüş keçirib.
Qeyd edək ki, ötən gün Eşton Karter Türkiyəyə səfər edib və İncirlikdəki hərbi bazaya baş çəkib.