Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Qarabağ, Qəbələ, Məzənnə, Neftin qiyməti

İmişlinin Şahverdili kəndində sakinlərlə görüş keçirilib

İmişlinin Şahverdili kəndində sakinlərlə görüş keçirilib

Date: 16 December 2015 12:13


İmişli, 16 dekabr, Mahir Babayev, AZƏRTAC
Son illər İmişli rayonunda həyata keçirilən abadlıq və quruculuq işləri kənd və qəsəbələri də əhatə edib.
AZƏRTAC xəbər verir ki, Şahverdili kəndində təşkil olunan səyyar qəbulda rayonda həyata keçirilən məqsədyönlü tədbirlər barədə məlumat verilib.
Görüşdə rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin regionların inkişafına göstərdiyi diqqət və qayğıdan danışıb. Bildirilib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir, yollar abadlaşdırılır, yeni sosial obyektlər tikilir. Təhsil ocaqlarının 80 faizi yenidən qurulub və əsaslı təmir edilib, iki körpələr evi-uşaq bağçasının tikintisi başa çatmaq üzrədir. Kəndlərin qazlaşdırılması və istismar müddəti başa çatan köhnə elektrik dirəklərinin dəyişdirilməsi ilə bağlı konkret işlər görülür.
Sakinlər tərəfindən qaldırılan məsələlər və irəli sürülən təkliflər dinlənilib, aidiyyəti qurum və xidmət təşkilatlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.


Tags:  İmişlinin Şahverdili kəndində sakinlərlə görüş keçirilib


RƏYLƏR


Top news