Akademik Mustafa Topçubaşovun 120 illiyinə həsr olunan yubiley yığıncağı keçirilib

Akademik Mustafa Topçubaşovun 120 illiyinə həsr olunan yubiley yığıncağı keçirilib
12:13 16 Dekabr 2015
16 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. Elmir Murad - Trend:

Bu gün AMEA-nın Rəyasət Heyətində akademik Mustafa Topçubaşovun 120 illiyinə həsr olunan yubiley yığıncağı keçirilib.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bildirib ki, M.Topçubaşov XX əsr Azərbaycan elmi və ictimai fikir tarixinin təşəkkülündə və inkişafında müstəsna rol oynayıb.

O qeyd edib ki, bu mənada görkəmli alimin yubileyi yalnız elmi mühitimiz üçün deyil, bütövlükdə Azərbaycanın ictimai-mədəni həyatı üçün əlamətdar bir hadisədir.

A.Əlizadə vurğulayıb ki, akademik M.Topçubaşovun fəaliyyəti Azərbaycan elmi təfəkkürünün Avropa elmi ənənələri ilə sintezdən yaranan keyfiyyətcə yeni mərhələsinə - XX əsrə təsadüf edir.

AMEA-nın 70 illik yubileyinin yüksək səviyyədə qeyd olunduğunu deyən A.Əlizadə bidirib ki, M.Topçubaşovun Azərbaycan ziyalıları ilə birlikdə təməlini qoyduğu Akademiya bu gün uğurla fəaliyyət göstərir.

Sonra çıxış edən AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov M.Topçubaşovun həyat və təcrübəsindən danışaraq onu Azərbaycanın hipokratı adlandırıb. Ə.Əmiraslanov qeyd edib ki, M.Topçubaşov SSRİ-də ilk dəfə olaraq evakohospitalların ixtisaslaşdırılması və növbələşdirilməsinin təşəbbüskarı kimi çıxış edib. O bildirib ki, akademikin evakohospitallarda apardığı çoxsaylı əməliyyat və müşahidələr M.Topçubaşova öz konstruksiyası əsasında portativ stereoskop aparatı yaratmağa imkan verib.

Tədbirdə Azərbaycanın tanınmış ziyalıları və cərrahlar iştirak edib. Tədbir M. Topçubaşovun tibbə gətirdiyi yeniliklər və kəşfləri barədə çıxışlarla davam etdirilib.

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470158.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR