"Yumurta məsələsi" bazarı qarışdırdı

"Yumurta məsələsi" bazarı qarışdırdı
12:17 16 Dekabr 2015
35 Digər
Ölkə mətbuatı
A- A+

Torpağa yumurta əkin, MÖCÜZƏYƏ İNANMAYACAQSINIZ... - VİDEO (29 Aprel 2017 15:28)
Torpağa yumurta əkin, möcüzəyə inanmayacaqsınız... (29 Aprel 2017 13:08)

İllərdir davam edən "yumurtanın qiyməti" problemi yenidən aktuallaşıb. Səbəb isə odur ki, paytaxt bazarlarında yumurta qısa müddət ərzində 47 faiz bahalaşıb. İndi ərzaq dükanlarında və iri marketlərdə fabrik yumurtasının 1 ədədi 13-14 qəpiyə satılır. Belə ki, əgər əvvəllər yumurtanın 10 ədədi 70-90 qəpiyə təklif edilirdisə, bu gün 1manat 30 qəpiyə təklif edilir. Yumurtanın əhalinin gündəlik ərzaq səbətində nə qədər mühüm yer tutduğunu və tələbatın nə dərəcədə yüksək olduğunu nəzərə alsaq, 4-5 qəpiklik artım düşündüyümüzdən daha ciddi bir problemdir.

Qiymət artımı rəsmi şəkildə təsdiqlənib. Rəsmi statistikaya görə, noyabr ayında yumurtanın 10 ədədinin ölkə üzrə orta qiyməti 1,38 manat olub. Bu, yanvar ayı (0,94 manat) ilə müqayisədə 46,8 faiz çoxdur. Kənd yumurtasına gəlincə, əvvəllər qiyməti 15-20 qəpik arasında dəyişirdisə, indi 20-30 qəpik arasında dəyişir.

Xatırladaq ki, 2011-ci ildə yumurtanın qiymətinin kəskin artması problemi yaşanarkən ölkə başçısı bu məsələ ilə bağlı çıxış edərək, süni qiymət artımının dayandırılmasını tələb etmişdi. Görünür, hazırkı situasiyada da ölkə başçısı səviyyəsində müdaxiləyə ehtiyac var.

Yumurtanın bahalaşmasının səbəblərinə gəlincə, iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bunun obyektiv və subyektiv səbəbləri var: "Obyektiv səbəb kimi manatın devalvasiyasından sonra xaricdən alınan quş yemlərinin qiymətinin qalxması, quşçuluq firmalarında quşlara verilən dərmanların və onların böyüməsi üçün lazım olan preparatların  qiymətinin artmasını göstərmək olar. Çünki dolların bahalaşması ilə əlaqədar adıçəkilən məhsulların ölkəyə gətirilməsi də bahalaşıb. Daxildə quş yemlərinin istehsalı kifayət qədər deyil. Baytarlıq ləvazimatları isə ümumiyyətlə istehsal edilmir, bütünlüklə xaricdən gətirilir. Subyektiv səbəb isə ölkəyə gətirilən mallara nəzarətin güclü olması və daxili bazarı qorumaq adı altında xaricdən gətirilə biləcək daha ucuz məhsullara nəzarətin həyata keçirilməsidir. Yaradılan bu monopoliya qiymətlərin də süni şəkildə dəstəklənməsinə səbəb olur. Əslində bunun çox asan yolları var. Türkiyədən Rusiyaya ixrac olunan məhsullara embarqo qoyulması fonunda həmin məhsulların, özəlliklə də yumurtanın Azərbaycana idxal edilməsi bazarda qiymətlərin hiss edilən dərəcədə yumşalmasına gətirib çıxara bilər".

Ekspertin sözlərinə görə, bu məsələnin həlli üçün sadəcə rəqabətli mühit yaradılmalı və oyun qaydaları şəffaf olmalıdır ki, həm daxili istehsalçılar, həm də ölkəyə mal gətirənlər fəaliyyət göstərə bilsinlər: "Bu rəqabətdən qazananlar da vətəndaşlar olacaq. Lakin bəzi dairələr, xüsusən də bazarlara nəzarət edən məmurlar bu rəqabətin yaradılmasında maraqlı deyillər" .

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə istehlakçıların hüquqlarının kobud şəkildə pozulduğunu bildirdi: "Belə bir həqiqət var ki, Azərbaycanda bir dəfə qalxan qiymət bir daha enməz. Təsadüfi deyil ki, hələ 2011-ci ilin 16 yanvar tarixində Nazirlər Kabinetinin yığıncağından başlayaraq, ölkə prezidenti dəfələrlə qiymət artımının qarşısını almaq üçün iş aparılması ilə bağlı dövlət orqanlarına tapşırıqlar vermişdi. O zaman da yumurtanın qiymətinə toxunmuşdu. Səbəblərdən biri odur ki, marketlərdə böyük biabırçılıqlar var. Marketlər təkcə ticarətlə məşğul olmurlar, onlar mağazanın rəflərini icarəyə verirlər. Kim məhsulunu daha çox diqqət çəkən yerdə yerləşdirmək istəyirsə, o  daha çox pul verməlidir. Elə yumurta satan şirkətlər də məhsullarını sata bilmək üçün piştaxtaları icarəyə götürür və pul ödəyirlər. Bu vəsait də məhsulun qiymətinin üzərinə oturur. Həmçinin marketlər məcbur edir ki, tələbatın nə qədər olmasından asılı olmayaraq piştaxta tam doldurulsun. Bu zaman da məhsulun bir hissəsi satılmadığından geri qaytarılır. Bundan daha çox çörək zavodları narahatdırlar. Bundan əlavə, hər satılan dövriyyədən market sahibləri pul alırlar. Yəni məhsulların üzərinə qiymət qoyub satmaqdan əlavə, hər 1000 manatlıq satışa görə 100 manat alırlar. Marketin illik icarə haqqı ödənildikdən sonra da əlavə vəsait, müştərilərə hədiyyələr verilməsi və sair tələb olunur. Bu vəsaitlər isə vergidən yayınan pullardır".

QHT sədri qeyd etdi ki, bütün bu yığımlar sonradan toplanaraq, məhsulun üzərinə gəlir və istehlakçının cibindən çıxır: "Bu halların qarşısı alınmalı, marketlərin fəaliyyəti tənzimlənməli, süni qiymət artımının qarşısı alınmalıdır. Əgər dövlət bu tədbirləri görsə, qiymətlər 20-25 faiz aşağı düşər, istehlakçıların da hüquqları bu şəkildə pozulmaz. Bundan əlavə, ölkə başçısının da qeyd etdiyi kimi, karter sövdələşmələri var ki, iş adamları yığılıb birgə razılığa gələrək, məhsullarını yüksək qiymətə təklif edirlər. Bunun qarşısı alınmalıdır".

Azərbaycanın əsas quşçuluq və broyler təsərrüfatlarını birləşdirən Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev isə Azadlıq  Radiosuna müsahibəsində deyib ki, son bir ayda quşçuluq müəssisələrində yumurta istehsalı 20-25 faiz artıb. 

"İstehsal ən yüksək həddinə çatıb. Tələbat da artıb. Burada mövsüm amili də az rol oynamır. Yumurtaya olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Belə bir şəraitdə kimlərinsə qıtlıq haqqında danışması yersizdir. Bu gün yumurtanın 10 ədədi marketlərə 1,10 manata verilir. Dükan isə öz növbəsində 20 qəpik qazana bilər. Daha yüksək qiymətə yumurta satanlara görə istehsalçı cavabdeh deyil", - deyən A.Vəliyev xatırladıb ki, haqsız rəqabətə və qiymətlərin süni artımına nəzarət edən dövlət qurumu var və o, qanuni yollarla satıcıları intizama dəvət etməlidir.

"Yeni Müsavat"

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Latviya-Azərbaycan biznes-forumu keçiriləcək

29 İyun 2017 10:08

Məhəbbət Vəliyeva : "Bəzən şagirdlərin məktəbdaxili qiyməti ilə yekun qiymətləndirməsi üst-üstə düşmür"

29 İyun 2017 10:07

"Komandanı gücləndirmək əvəzinə ayaqda qalaraq dözürük" - Svanadze

29 İyun 2017 10:07

200 milyon dollarlıq döyüş: Makqreqor Meyvezerə qarşı - VİDEO - FOTO

29 İyun 2017 10:05

Neft bahalaşdı

29 İyun 2017 10:05

Mustafanın yeni sevgilisiylə toy tarixi dəqiqləşdi - FOTO

29 İyun 2017 10:05

Cəbhədə vəziyyət gərginləşdi

29 İyun 2017 10:03

“Azərişıq”: Siyəzəndə 41 min abunəçinin elektrik enerjisi təchizatı yaxşılaşdırılıb

29 İyun 2017 10:02

"Dinamo"nun baş məşqçisi: "Qarabağ" Çempionlar Liqasında çıxış edəcək komanda təsiri bağışlamadı"

29 İyun 2017 10:02

Si Tsinpin Trampla görüşü gözlənilir

29 İyun 2017 09:58

Rianna milyarder Həsənlə nişanlanacaq? - FOTO

29 İyun 2017 09:57

"Differdanj" kimi rəqiblərlə matçlarda təzyiq olur" - Ayxan Abbasov

29 İyun 2017 09:57

"İnter"in səfər sınağı

29 İyun 2017 09:57

"Reyncers"in futbolçusu rəsmən "Qəbələ"də

29 İyun 2017 09:57

Ermənilər atəşkəs rejimini 142 dəfə pozub

29 İyun 2017 09:57

Gec yaşda ana olan məşhurlarımız

29 İyun 2017 09:57

Atəşkəs 142 dəfə pozulub

29 İyun 2017 09:54

Azərbaycan nefti bahalaşdı

29 İyun 2017 09:53

Qadın Quba yolunda qəza törətdi - FOTO

29 İyun 2017 09:52

Tanınmış cütlük tətildə - FOTO

29 İyun 2017 09:52

ABŞ-da xarici aviareyslər üzrə yeni təhlükəsizlik tədbirləri açıqlanıb

29 İyun 2017 09:52

Suriyalı qaçqınların Türkiyədə sayı açıqlandı - 3 milyondan artıq

29 İyun 2017 09:50

Murad Boz ilə Aslı Enver barışdı – FOTO

29 İyun 2017 09:48

Manatın MƏZƏNNƏSİ

29 İyun 2017 09:47

Masallıdakı ağır yol qəzası barədə məlumat

29 İyun 2017 09:46

Bu günün VALYUTA MƏZƏNNƏLƏRİ

29 İyun 2017 09:43

Bakıda bahalı avtomobil qəzaya düşdü - Prsopektdə hərəkət iflic oldu - FOTO

29 İyun 2017 09:42

Azərbaycan nefti bahalaşmaqda davam edir

29 İyun 2017 09:42

Bakının əsas prospektində qəza: xəsarət alanlar var

29 İyun 2017 09:39

Prezidentin "G20" sammitində iştirakı ləğv olundu

29 İyun 2017 09:38

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri

29 İyun 2017 09:36

İmişlidə 3 otaqlı ev yandı

29 İyun 2017 09:36

"Zirə" avrokuboklarda debüt edir

29 İyun 2017 09:32

FHN Masallıda baş verən ağır qəza ilə bağlı məlumat yayıb

29 İyun 2017 09:27

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (29.06.2017)

29 İyun 2017 09:27

“Unicapital” investisiya şirkəti mənfəətini 3 dəfə artırıb

29 İyun 2017 09:27

Şimali Koreyadan TƏHDİD: "Edam edəcəyik" - VİDEO

29 İyun 2017 09:23

Neft bahalaşdı

29 İyun 2017 09:18

Ana və oğlu qəzada öldü

29 İyun 2017 09:14

Masallıda AĞIR QƏZA: ana və oğlu öldü, 3 nəfər xəsarət aldı

29 İyun 2017 09:13

Bu gün manatın məzənnəsi

29 İyun 2017 09:13

Rakkada 173 dinc sakin həlak olub

29 İyun 2017 09:05

Uşağa hansı adları qoymaq məsləhətdir?

29 İyun 2017 09:05

Bakıda yaşayış binasında yanğın: 14 nəfər təxliyə olundu

29 İyun 2017 09:04

"BMW X 5" Bakıda qəza törətdi

29 İyun 2017 09:03

Venesuelada Ali məhkəmə və DİN-ə hücum edən helikopter tapılıb

29 İyun 2017 08:57

Diabet üçün 6 şəfalı bitki və maddə

29 İyun 2017 08:57

Çinin sədri Rusiyaya səfəri zamanı Medvedev ilə görüşəcək

29 İyun 2017 08:55

Qazaxda cəsədi tapılan şəxsin intihar etdiyi məlum olub - YENİLƏNİB

29 İyun 2017 08:52

Bakının Ziya Bünyadov prospektində yol qəzası baş verib

29 İyun 2017 08:52