Beynəlxalq Banka yeni təyinat (FOTO)

Beynəlxalq Banka yeni təyinat (FOTO)
12:31 16 Dekabr 2015
41 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Beynəlxalq Bankı”nın (ABB) Rusiyadakı törəməsi – “ABB-Moskva”nın İdarə Heyətinə yeni sədr təyin edilib.

ANS PRESS-in məlumatına görə, bu, Emin Əfəndiyevdir.

Yeni sədr səlahiyyətlərinin icrasına dekabrın 15-dən başlayıb. Bu təyinata qədər Emin Əfəndiyev banklarda, o cümlədən ABB və “Kapital Bank”da çalışıb.

Bundan əvvəl Azərbaycan Beynəlxalq Bankının (ABB) Rusiyada törəmə müəssisəsi olan “ABB-Moskva”nın İdarə Heyətinin sədri Fuad Abdullayev işdən azad olunub.

Bu vəzifənin müvəqqəti idarə olunması Rəfael Abbasova həvalə olunub.

R. Abbasov 2011-ci ilin dekabrında “ABB-Moskva”nın İdarə Heyətinin sədrinin müavini vəzifəsinə təyin edilib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=2&nid=367407

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR