Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Stadionda bomba həyəcanı

Stadionda bomba həyəcanı

Date: 16 December 2015 12:32

İsrailin "Beytar" klubunun azarkeşi ölkə çempionatında "Hapoel"lə oyun zamanı saxlanılıb.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, qonaq komanda fanatı meydan sahiblərinin tribunasına iflicedici xüsusiyyətə malik qumbara keçirməyə cəhd edərkən yaxalanıb. O, stadiondan təcridxanaya göndərilib.
 
Stadion yaxınlığında isə azarkeşlərin davası düşüb. Nəticədə bir neçə şəxs ciddi zədə alıb. İsrail siyasətçiləri fan-klubları cinayətkar qruplaşma adlandıraraq, onların ləğvini tələb ediblər.
 
Qeyd edək ki, görüş qolsuz yekunlaşıb - 0:0.

Milli.Az


Tags:  Stadionda bomba həyəcanı

RƏYLƏR


Top news