​"Xalq Sığorta" şirkəti "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib

​"Xalq Sığorta" şirkəti "Yaşıl Kart" sığortaçılarının Reyestrinə daxil edilib
12:42 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ Azərbaycan İcbari Sığorta Bürosunun (İSB) iştirakçı sığorta şirkəti olan “Xalq Sığorta” ASC "Yaşıl Kart" sistemi çərçivəsində fəaliyyət göstərmək hüququ olan sığortaçıların Reyestrinə daxil edilib.
"Report"un məlumatına görə, “İcbari sığortalar haqqında” qanunun 50.2 maddəsinə uyğun olaraq, sığorta şirkətləri avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyət göstərmək üçün "Yaşıl Kart" sığortaçılarının reyestrinə daxil olmalıdır.
Azərbaycanda “Yaşıl Kart” sistemi üzrə fəaliyyət göstərmək istəyən sığortaçılar 2015-ci il dekabrın 21-dək müvafiq reyestrə daxil olmaq üçün İSB-yə müraciət etməlidir. Əks halda həmin sığortaçının 2016-cı il yanvarın 1-dən etibarən İSB-nin informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə fəaliyyəti məhdudlaşdırılacaq.

Xəbərin orijinal ünvanı: http://report.az/maliyye/xalq-sigorta-sirketi-yasil-kart-sigortacilarinin-reyestrine-daxil-edilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR