Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri yenidən BHİK-in vitse-prezidenti seçilib

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri yenidən BHİK-in vitse-prezidenti seçilib
12:43 16 Dekabr 2015
31 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Belçikanın paytaxtı Brüssel şəhərində Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının Pan-Avropa Regional Şurasının 3-cü Baş Assambleyası keçirilib.
Avropa ölkələrinin həmkarlar ittifaqlarının 120-dən artıq nümayəndəsinin iştirakı ilə keçirilən iclasda son zamanlar törədilmiş terror aktları və baş vermiş fəlakətlər zamanı həlak olan insanların xatirələri bir dəqiqəlik sükutla yad edilib.
İclasda Regional Şuranın hazırkı prezidenti Mixail Şmakov təşkilatın fəaliyyəti barədə məruzə ilə çıxış edib. Sonra ötən dövr ərzində görülən işlərin hesabatı dinlənilib, gələn il üçün fəaliyyət proqramı müzakirə edilib.
Tədbirdə 2016-2019-cu illər üçün sülh, demokratiya və sabitlik, Avropadakı böhranın yeni mərhələləri, əmək bazarı, miqrasiya və qaçqınlar dalğası, artan bərabərsizliklə mübarizə, əmək və sosial hüquqların müdafiəsi, həqiqi sosial dialoq, kollektiv danışıqlar kimi məsələlər ətrafında fikir mübadiləsi aparılıb, müvafiq qərarlar qəbul edilib.
Sonda Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının Pan-Avropa Regional Şurasının yeni tərkibinə seçkilər keçirilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev yenidən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının vitse-prezidenti seçilib.



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Hemkarlar_Ittifaqlari_Konfederasiyasinin_sedri_yeniden_BHIK_in_vitse_prezidenti_sechilib-911640

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR