Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Başlandı: Bakının mərkəzində 1000 ev və obyekt - FOTO SÖKÜLƏCƏK

Başlandı: Bakının mərkəzində 1000 ev və obyekt - FOTO SÖKÜLƏCƏK

Date: 16 December 2015 12:47

Bakının yol-nəqliyyat infrastrukturunun yenilənməsi, nəqliyyat vasitələrinin azad və maneəsiz hərəkətini təmin etmək üçün "Azəryolservis" bir sıra layihələri həyata keçirir.

Milli.Az Day.Az-a istinadən bildirir ki, belə layihələrdən biri də Bakının Yasamal rayonundakı Balababa Məcidov və Abdulla Şaiq küçələrinin rekonstruksiyasıdır. Layihə çərçivəsində küçələrin asfalt örtüyünün yenilənməsi ilə yanaşı, yüzlərlə obyekt və tikili söküləcək.

Hazırda enləri 8-9 metr olan küçələrin eni rekonstruksiyadan sonra 15 metrə bərabər olacaq. İnşaat zonasına düşən bütün yaşayış binaları və qeyri-yaşayış tikililərinin sökülməsi nəzərdə tutulub. 
Proses artıq başlanıb.
İşlərin nə zaman başa çatacağı bəlli deyil.
Yasamal Rayon İcra Hakimiyyətindən verilən məlumata görə, söküntü işlərinin başlayacağı barədə sakinlərə aylar əvvəl yazılı xəbərdarlıq yollanıb. Sökülən evlərin sakinlərinə hər kvadratmetr üçün 1500 manat kompensasiya veriləcək.
Kompensasiya evin və ya obyektin sənədlərinin olub-olmamasına rəğmən ödənir.
 

Milli.Az


Tags:  Başlandı Bakının mərkəzində 1000 ev obyekt FOTO SÖKÜLƏCƏK


RƏYLƏR


Top news