Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Güclü qasırğa Sidneyi ağuşuna alıb

Güclü qasırğa Sidneyi ağuşuna alıb

Date: 16 December 2015 12:48


Kanberra, 16 dekabr, AZƏRTAC 
Avstraliyanın ən böyük şəhərlərindən biri olan Sidneyi güclü qasırğa ağuşuna alıb. Qasırğa qolf topu boyda dolu və saatda 200 kilometrə çatan güclü küləklə müşayiət olunub.
Külək böyük ağacları və elektrik xətləri dirəklərini yıxıb, evlərin damlarını uçurub. Güclü daşqınlar müşahidə olunub. Sidneyin cənub hissəsində altı minədək ev işıqsız qalıb, xilasetmə xidmətinə 200-dən artıq zəng edilib.
Dekabrın 16-da Avstraliya Meteoroloji Bürosu Sidneyin cənub hissəsində qəflətən əmələ gələn tornado barədə məlumat yayıb. Nəticədə bir neçə beynəlxalq və daxili reys təxirə salınıb.
Büronun baş meteoroloqu Ceyms Teylor deyib: “Hazırda tornado zəifləsə də, gün ərzində yenə dolu yağacağı gözlənilir”.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kanberra

Tags:  Güclü qasırğa Sidneyi ağuşuna alıb


RƏYLƏR


Top news