“Müstəntiq deyib, istəsək, boynuna terrorçuluğu da götürərsən” - MTN-nin həbslərindən daha bir sensasion İTTİHAM

12:49 16 Dekabr 2015
12 Ölkə
Ölkə mətbuatı
A- A+

İngilis nazirdən Putinə ŞOK İTTİHAM (13 May 2017 17:14)

“ATM-in rəisi Elçin Quliyev tələb edir ki, bu sursatı sənin boynuna qoyaq”

 

 

Vüqar Padarovun dəstəsi ilə ittiham olunan Nəriman Abbasoğlunu necə terrorçu dəstəyə “üzv ediblər”...

 

Vüqar Padarovun dəstəsinə üzv olmaqda təqsirli bilinərək həbs edilən Nəriman Abbasoğlunun xalası Nəzakət Əsgərova bacısı oğlunun həbsi ilə sensasion açıqlamalar verib.

 

Lent.az musavat.com-a istinadən N.Əsgərovanın açıqlamalarını təqdim edir.

 

Qəfil həbs...

 

6 aprel 2012-ci il. Bakı şəhəri, Xətai rayonu, Naximov küçəsi ev 11. Səhər saat 05. Qara maskalılar 11 saylı binadakı 443-cü mənzilə hücum edir. Səs-küyə yuxudan oyanıb bloka çıxan qonşular maskalılarla üzləşir. Onlara  “MTN əməliyyat keçirir, evlərinizə qayıdın” əmri verilir. Az sonra qonşular əli qandallanmış ev sahibi Nəriman Abbasoğlunun qara maskalıların əhatəsində binadan çıxarıldığının şahidi olurlar. Sonrakı günlərdə onun yaxınlarından öyrənirlər ki, N.Abbasoğluna terrorçuluğa hazırlıq, qanunsuz silah saxlama və qanunsuz silahlı dəstə üzvü olma ittihamı verilib. 

 

Terrorçu dəstəyə pərçimlənən “Hi-End” kateqoriyalı audiotexnika üzrə yeganə mütəxəssis

 

Nəzakət Əsgərova deyir: “Nəriman 3 bacının yeganə övladıdır. Texniki Universitetin ”Radiotexnika" fakültəsini bitirib və xüsusi akustik tərzi ilə fərqlənən səsgücləndirici qurğular yığmaqla, paritet qramofonları yeniləməklə məşğul olub. 2007-ci ildə “Üns” Yaradıcılıq Səhnəsində və həmin səhnənin nəzdindəki “Your Style” şirkətinə işləməyə başladı. Nəriman Azərbaycanda “Hi-End” kateqoriyalı audiotexnika üzrə yeganə mütəxəssisdir. O, ölkə rəhbərliyinin iştirak etdiyi tədbirlərin audio-akustika məsələlərini təşkil edirdi. Biz Nərimanın həbsindən sonra bildik ki, 2011-ci ildən MTN-in Antiterror Mərkəzi (ATM) onun və iş yoldaşlarının başına oyunlar açıblar. İş o yerə çatıb ki, şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti oranı tərk etmək məcburiyyətində qalıblar".

 

N.Əsgərova deyir ki, bacısı oğlunun inadkarlığı onun şərlənərək həbs edilməsi ilə sonuclanıb: “Nəriman ”Üns"də audio-akustika məsələləri ilə yanaşı həm də proqram təminatçısı idi. Biz Nərimanın həbsindən sonra bildik ki, ATM-dən olanlar ondan teatrın daxili internet şəbəkəsinə girmək üçün şərait yaratmasını tələb ediblər. Lakin Nəriman buna razı olmayıb. Onların daxili şəbəkəyə girmək niyyətlərinin olduğunu biləndən sonra isə şəbəkənin təhlükəsizliyini təmin etmək üçün kodunu tez-tez dəyişib".

 

N.Əsgərova deyir ki, bacısı oğlunun həbsi əməliyyatına ATM-in sabiq rəis müavini İlqar Əliyev rəhbərlik edib: “Bu adamlar Nərimanı özlərinə tabe etdirmək üçün ona çoxlu problemlər yaradıblar. ”Üns"də əməliyyat keçiririk" adı ilə Nərimandan teatra dəvətnamələr alıblar. Guya teatra hansısa təhdid var və bunlar ora gəlib həmin mümkün təhdidin qarşısını alacaqlar. Əvəzində isə həmin dəvətnamələrlə teatra öz qohum-əqrəbaları, dost-tanışlarını göndəriblər. 1 ilə yaxın Nərimanla teatr rəhbərliyini bu qaydada üz-üzə qoymağa çalışıblar. Onu və digər vicdanlı işçiləri gözdən salmaq üçün addımlar atıblar. 2012-ci il martın 3-də Səbayel rayonunda işıqlar sönüb. Həmin vaxt ATM-dən teatra nümayəndələr gəlib və yenidən dəvətnamə tələb ediblər. Lakin işıqlar söndüyündən, bilet satışı isə elektron qaydada aparıldığından onlara dəvətnamə verilməyib. Həmin gün Nəriman evə gəldi, çox əsəbi idi. Dedi ki, daha dözə bilmədim, onları söymüşəm. Bu söhbətdən  təxminən 1 ay sonra - aprelin 6-da Nərimanı qondarma ittihamla həbs etdilər".

 

 

Vüqar Padarovun dəstəsində olanlar Nərimana “kafir” deyirdilər

 

N.Abbasoğlunun yaxınları sonradan biliblər ki, onu 2012-ci il “Eurovision” mahnı yarışması öncəsi zərərsizləşdirilən Vüqar Padarovun dəstəsinin üzvü kimi həbs ediblər: “Nəriman bütün gününü teatrda, vaxtı olanda isə dost-tanışı ilə məclislərdə, diskotekada keçirir, yay istirahəti zamanı kurortlara gedirdi. Yəni onun dini təmayüllü hər hansı bir dəstəyə üzv olması fantastika idi. Məhkəmə zamanı Vüqar Padarovun dəstəsində olanlar Nərimana ”kafir" deyirdilər. Onlar hakimə yazılı şəkildə müraciət etmişdilər ki, bu adamın bizim dəstəyə aidiyyəti yoxdur. Nərimanın həbsindən sonra ilk dindirilmə “Üns” teatrı və “Your Style” şirkəti ətrafında aparılıb. Orada müstəntiq Nərimana deyib ki, “biz sənin cinayət etmədiyini bilirik, ancaq Antiterror Mərkəzinin rəisi Elçin Quliyev tələb edir ki, bu sursatı sənin boynuna qoyaq. Onu da bil ki, burada sınmayan adam olmayıb, istəsək boynuna terrorçuluğu da götürərsən”. 

 

“Silah-sursatı boynuna götür, Elmir Nurəliyevə dərs keçdiyini də boynuna al”

 

Həmin gün MTN-in 1-ci mərtəbəsində Nəriman təhqir olunub, ona qarşı fiziki zor işlədilib. Məhkəməyə aparılan zaman Nərimanın bədənində döyülmə izləri olub. Ona məcburi surətdə təhkim olunmuş 3 saylı hüquq məsləhətxanasının vəkili Xədicə Şirinova Nərimana qeyri-qanuni əməkdaşlıq təklif edib. Deyib ki, “silah-sursatı boynuna götür, Elmir Nurəliyevə dərs keçdiyini də boynuna al. Bu halda sənə 6-7 il verilə bilər. Əks təqdirdə sənin cəzan 10 və daha çox illərə hesablanacaq”. Nəriman isə təklifi rədd edib. Xədicə Şirinova dindirmələrdə, ifadə vermə və prosedurlarda iştirak etməyib, protokolları sonradan imzalayıb".

 

N.Əsgərova deyir ki, Nərimanı işgəncə verməklə şikəst ediblər: “1 il davam edən istintaq ərzində Nərimanın qabırğaları, diz qapağı sındırılıb, onurğa sütununda problemlər yaranıb. Ona mütəmadi olaraq elektroşok tətbiq edilib. Bütün bədən üzvlərində, əsasən beyin nahiyəsində elektroşokun təsirindən yaranmış çoxsaylı izlər var. MTN İstintaq Baş İdarəsinin mühüm işlər üzrə müstəntiqi Samir Əliyev cinayət işinin cildlərinin birində qırmızı qələmlə çəkilmiş imzanı göstərib söyləmişdi: ”Biz istintaq qrupu iclaslarda sənə görə çox döyüşüb-sözləşdik. Sübutsuz, motivsiz, adsız cinayəti sənin şəxsiyyətinə uyğunlaşdırmaq bizim insafımıza ziddir. Antiterror Mərkəzinin rəisi bizdən güclü çıxdı. Bağışla, bizi qınama. Kişinin başına iş gələr".

 

İttiham aktının N.Abbasoğluna aid olan hissəsində çox sayda təhrif olunmuş məqamlar var. Müstəntiqin N. Abbasoğlunun məsafədən idarə olunan qurğularla işləmək bacarığına malik olması və bu sahə ilə maraqlanan şəxsə məsləhətlər verməsi ilə bağlı şübhələri sübut edilməyib. Buna baxmayaraq, MTN İstintaq Baş İdarəsinin şöbə rəisi Mahir Qasımov güman və şübhələrinə əsaslanaraq N.Abbasoğlunu təqsirli hesab edib. İstintaqın N. Abbasoğluna aid olan hissəsinin bu cür “çiy” halda tamamlanması ittiham aktının gələcəkdə heç vaxt araşdırılmayacağına hesablanmış addım idi.

 

Qeyd edək ki, N.Abbasoğlunun yaxınları prezident İlham Əliyevə və hüquq-mühafizə orqanlarına müraciət edib.

 

Onlar məhkəmə hökmünün Nəriman Abbasoğluna aid olan hissəsi dəyişdirilməsini, ona bəraət verilməsini istəyirlər.

 

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Türkiyənin 72 yaşlı ulduzu ağzını yuma bilmir - FOTO

27 İyun 2017 14:33

Hazırlanmasına 17 il sərf olunan ilk Azərbaycan-Çin dili lüğəti təqdim edilib

27 İyun 2017 14:27

"Mənə iyrənc təkliflər edirlər" - Rəqqasə Oksana - VİDEO - FOTO

27 İyun 2017 14:27

CNN-in 3 jurnalisti istefa verdi - XƏBƏR SİLİNDİ DEYƏ

27 İyun 2017 14:23

ABŞ-ı fəth edən Üzeyir: "Heç inanmırdım ki, ABŞ-da məşhurlaşa bilərəm" - VİDEO

27 İyun 2017 14:22

AŞPA-da "əcinnə ovu": Aqramunt vəzifədən gedə bilər

27 İyun 2017 14:19

Çempionlar Liqasında yeni mövsüm başlayır

27 İyun 2017 14:17

Ramiz Əzizbəyli: "Afaq Bəşirqızı qələt edir..."

27 İyun 2017 14:16

Məsut Özil məşhur modellə eşq yaşayır – Həftəsi 1.2 milyona... - FOTOLAR

27 İyun 2017 14:13

Srebrenitsadakı soyqırımda Hollandiya hərbçilərinin iştirakı rəsmən təsdiqlənib

27 İyun 2017 14:12

Azərbaycanda daha bir faciə: Əməliyyat masasında öldü

27 İyun 2017 14:12

"Qarabağ"ın məşqi

27 İyun 2017 14:10

Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri ilə görüşüb

27 İyun 2017 14:07

30 ildir özünü korluğa qoyub: "Salam verməkdən bezdim"

27 İyun 2017 13:58

Məşuqəsinə hicab geydirib arvadı kimi təqdim etdi: Ağılasığımaz XƏYANƏT - FOTO

27 İyun 2017 13:57

Xalq artisti Qəndab Quliyeva dəfn olunub

27 İyun 2017 13:57

Tanınmış KVN-çi hərbi xidmətdə...

27 İyun 2017 13:54

Boliviya prezidenti: Dünyada narkotrafikin artmasında günahkar ABŞ-dır

27 İyun 2017 13:50

Əmziklə bəslənən balıqlar - VİDEO

27 İyun 2017 13:48

Ağcabədi sakini əməliyyat masasında ölüb

27 İyun 2017 13:42

"Onu gənc qızla zina edərkən tutdum" - FOTO

27 İyun 2017 13:42

Qadının telefonunu əlindən alan keçmiş məhkum tutuldu

27 İyun 2017 13:39

17 yaşlı gəncin göldə son çırpınışları - Dostları zarafat etdiyini düşündülər... - VİDEO (+18)

27 İyun 2017 13:38

Mənzillərdən oğurluq edən şəxslər ələ keçdi

27 İyun 2017 13:37

Türkiyənin tanınmış iş adamı qəzaya düşüb

27 İyun 2017 13:37

Argentinalı fanat: "Bakı möhtəşəmdir" - FOTO

27 İyun 2017 13:37

Uşaqlara meyl edən ailəli qadın ehtirasının qurbanı oldu - FOTO

27 İyun 2017 13:32

Yaşar Cəlilov rəqibləri haqda danışdı

27 İyun 2017 13:32

Arda Turan üçün 65 milyon avro

27 İyun 2017 13:27

“Azərişıq” Bakının bir hissəsində elektrik enerjisinin kəsilməsinin səbəbini açıqlayıb

27 İyun 2017 13:22

Bakının yarısı işıqsız qaldı

27 İyun 2017 13:22

Hansı hərbi hissəyə düşdüyünüzü BU YOLLA ÖYRƏNİN...

27 İyun 2017 13:20

Sabirabadda BƏDBƏXT HADİSƏ: Ölən var

27 İyun 2017 13:17

Paytaxtda 32 eldar şamı və sərv cinsli ağacların kəsilməsi ilə bağlı polisə müraciət olundu

27 İyun 2017 13:15

“Azərsu” maye xlor alacaq

27 İyun 2017 13:12

Tramp Hindistanın baş naziri ilə görüşdü

27 İyun 2017 13:10

ETSN Bakıda 32 qanunsuz ağac kəsilmə faktı aşkarladı

27 İyun 2017 13:09

Azərbaycanda axtarışda olan şəxslər tutuldu

27 İyun 2017 13:05

Moskvada erməni iş adamı güllələndi

27 İyun 2017 13:05

Sabah hava necə olacaq?

27 İyun 2017 13:03

Nazirlik Bakıda ağacların qanunsuz kəsilməsi faktını aşkarlayıb

27 İyun 2017 13:02

Nazirlik ağır qəzalarla bağlı məlumat yaydı

27 İyun 2017 12:59

Səmra Rəhimli stilistlə sevgilidir?

27 İyun 2017 12:59

"Atam bunu gördü və əsəbləşdi" - Məlahət Abbasova - VİDEO - FOTO

27 İyun 2017 12:57

Bədii gimnastika üzrə Gəncə açıq birinciliyi başa çatıb (FOTO)

27 İyun 2017 12:55

Ötən gündə 3 qəza - 2 ölü, 7 yaralı

27 İyun 2017 12:55

Müəmmalı qətlin üstü açıldı

27 İyun 2017 12:54

İçindəki sərnişinlərlə birlikdə yoxa çıxan qatar - DƏHŞƏTLİ HADİSƏ - VİDEO

27 İyun 2017 12:53

Nailə Mirməmmədli: "Xalqın zövqü yoxdur..."

27 İyun 2017 12:53

Arıqlamaq istəyənlər üçün

27 İyun 2017 12:50