ABŞ neft ixracına qadağanı ləğv etməyə hazırlaşır

12:52 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Razılığa əsasən, dövlət aparatı xərclərinin 1,1 trln. dollar olması və neftin ixracına qoyulan qadağanın götürülməsi qərara alınıb. Bu barədə Viskonsin ştatından olan konqresmen Reyd Ribl xəbər verib. Qərarın sabah, dekabrın 17-də səsverməyə qoyulması planlaşdırılır. Qeyd edək ki, demokratlar, başda prezident Obama olmaqla qərarın əlryhinə olsalar da, respublikaçılar bu qərarın leyhinə olub.
Texas ştatından Nümayəndələr Palatasının üzvü, senator Co Barton bildirib ki, daha keyfiyyətli texnologiya və neftə malik olan ABŞ neft bazarından Rusiya, Səudiyyə Ərəbistanı və İranı kənarlaşdırmağa müvəffəq olacaq. Qeyd edək ki, hazırda ABŞ-da gündəlik 9 mln. bareldən artıq neft hasil edilir. ABŞ-ın neft ehtiyatları isə 486 mln. barelə çatıb.
Məlumat açıqlandıqdan az sonra "Brent" markalı neftin qiyməti 0,3% azalaraq 38,25 dollar/barelə, WTI markalı neftin qiyməti isə 0,5% azalaraq 36,9 dollar/barelə düşüb.

Xəbərin orijinal ünvanı: http://report.az/energetika/abs-neft-ixracina-qadagani-legv-etmeye-hazirlasir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR