Nazir müavini: Ötən il 15-19 yaşlı anaların 279-u ikinci uşaq dünyaya gətirib

12:58 16 Dekabr 2015
14 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı. İlhamə İsabalayeva-Trend:

Açınacaqlı hal odur ki, ötən il Azərbaycanda 15-19 yaşlı anaların 279-da ikinci uşaq, 9-da isə 3-cü uşaq dünyaya gəlib. 18-19 yaşlı anaların isə 158 nəfərində 3-cü uşaq dünyaya gəlib.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

İ.İsayev deyib ki, 2014-cü qeydə alınmış 84912 nikahın 479-u 18 yaşına çatmamış qızlarla, 2-si 18 yaşına çatmamış oğlanla olub. 2014-cü ildə respublika üzrə 170503 diri doğulan uşağın 3296-sı 15-17 yaşlı uşaqların payına düşür.

İ.İsayev bu sahədə problemin ölkə ictimaiyyəti üçün narahat edici olduğunu da söyləyib: "Ailə cəmiyyətin əsasını təşkil edir. Onu qurmaq, formalaşdırmaq, qoruyub saxlamaq yaş və psixoloji baxımdan yeniyetmələr üçün çətindir. Bunun üçün yeniyetmənin özünün tam mənada formalaşması tələb olunur".

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2470198.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR