Aktual mövzular: Dollar alış-satışı , Barselona - Real, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda ali məktəbə sənəd verən qızların sayı azalıb

Azərbaycanda ali məktəbə sənəd verən qızların sayı azalıb

Date: 16 December 2015 12:59

Bununla belə, qızların orta statistik nəticələri oğlanların nəticələrindən daha yüksəkdir

 

Azərbaycanda son 3-4 ildə ali məktəblərə sənəd verən qızların sayı azalıb.

 

Lent.az “Trend”ə istinadən bildirir ki, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə "Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi" mövzusunda bu gün keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

 

O qeyd edib ki, bu il ali məktəblərə qəbul üçün 49 min oğlan sənəd verdiyi halda, sənəd verən qızların sayı 43 min olub.

 

Komissiya sədrinin sözlərinə görə, Azərbaycanda son 5 ildə qız abituriyentlərin orta statistik nəticələri oğlanların nəticələrindən daha yüksək olub: "İnanıram ki, qızların təhsil alması məsələsi həmişə cəmiyyətin mərkəzində olacaq. Çünki savadlı qız yaxşı övlad böyüdə biləcək".

 

M.Abbaszadə qeyd edib ki, bu il ölkə üzrə abituriyentlərin 53 faizi qız, 47 faizi oğlandır: " Bu, elə də pis nəticə deyil. Amma bəzi rayonlarda, xüsusilə cənub zonasında oğlan abituriyentlər üstünlük təşkil edir".

 

M.Abbaszadə bildirib ki, bu il magistraturaya qəbul olunanların 55 faizi qızdır, 44 faizi oğlandır: "Bu il rezidentura səviyyəsinə qəbul olunanların 77 faizi qız, 28 faizi oğlan olub. Bu da cəmiyyətdə belə bir tendensiya formalaşdırıb ki, müəyyən ixtisaslar "qız", müəyyən ixtisaslar "oğlan" ixtisasıdır".

 

M.Abbaszadə deyib ki, daha yüksək bal toplayan qızları valideynləri ali məktəblərin ödənişli ixtisaslarını seçməyə icazə vermirlər: "Əgər qızlar yüksək balla ödənişsiz ixtisaslara qəbul olunmurlarsa, onda qız abituriyentlər daha çox orta ixtisas təhsili müəssisələrini seçirlər".


Tags:  Azərbaycanda ali məktəbə sənəd verən qızların sayı azalıb

RƏYLƏR


Top news