Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycan qılıncoynadanı ABŞ-da keçirilən Qran Pridə medal qazanıb

Date: 16 December 2015 13:02

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışda "Neftçi” İdman Klubunun təmsilçisi Səbinə Mikina fərqlənib. O, qrupda 5 görüşdə qələbə qazanıb. 1/64 finaldan yenidən mübarızəyə qoşulan Mikina ardıcıl 4 qarşılaşmada qalib gəlsə də, yarımfinalda rusiyalı rəqibi Viktoriya Kovalyovaya uduzaraq bürünс medalla kifayətlənməli olub. Beləliklə, o, 30 lisenziya xalı qazanaraq Rio-2016-da iştirak imkanlarını artırıb. 
Qeyd edək ki, Səbinə Mikina yarışdan sonra ABŞ-da qalaraq Dallasda bir aylıq təlim-məşq toplantısında iştirak edəcək. 

Tags:  Azərbaycan qılıncoynadanı ABŞ-da keçirilən Qran Pridə medal qazanıb


RƏYLƏR


Top news