Səttar Bəhlulzadənin əsərlərilə bəzənən geyimlər

Səttar Bəhlulzadənin əsərlərilə bəzənən geyimlər
13:09 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı rəssam-dizaynerdən orijinal layihə

Bu gün caz-muğam üslubunun banisi, tanınmış bəstəkar, pianoçu, Azərbaycanın əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür. Bu münasibətlə Park Bulvar ticarət mərkəzində maraqlı mədəniyyət tədbiri düzənlənib. Lent.az-ın məlumatına görə, gənc rəssam-dizayner Günel Bəxtiyarova Səttar Bəhlulzadə yaradıcılığına həsr olunmuş “Lirika” geyim kolleksiyasını təqdim edib. Kolleksiyanın özəlliyi ondan ibarətdir ki, sərgilənən bütün geyimlər üzərində Səttar Bəhlulzadənin rəsm əsərləri əl ilə çəkilib.

 

Günel Bəxtiyarova bu ideyanın Səttar Bəhlulzadə yaradıcılığına olan sevgisindən irəli gəldiyini bildirib. O, belə bir kolleksiya üzərində uzun müddətdir çalışdığını qeyd edib.

 

Orijinallığı və qeyri-adiliyi ilə seçilən “Lirika” kolleksiyası Park Bulvar ticarət mərkəzinə gələn ziyarətçilər tərəfindən də böyük maraqla qarşılanıb. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/225406

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR