"Qalatasaray"ın sabiq baş məşqçisi yeni klubda

"Qalatasaray"ın sabiq baş məşqçisi yeni klubda
13:12 16 Dekabr 2015
16 İdman
Ölkə mətbuatı
A- A+

Türkiyənin "Qalatasaray" klubunun sabiq baş məşqçisi Hamza Hamzaoğlunun iş yeri müəyyənləşib.
Milli.Az goal.az-a istinadən xəbər verir ki, Hamzaoğlu bundan sonra "Bursaspor"un baş məşqçisi olacaq. Tərəflər arasında razılıq əldə olunub. "Qalatasaray"la 3 kubok qazanan 45 yaşlı mütəxəssis qış fasiləsində işinin icrasına başlayacaq.
Xatırladaq ki, Ertuğrul Sağlamla yolları ayıran "Bursaspor"a hazırda Ersel Uzgur rəhbərlik edir. 

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390651.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR