“Nida” üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa buraxılıblar

12:22 30 Dekabr 2014
78 Digər
Ölkə mətbuatı
A- A+

[ 30 Dekabr 2014 12:19 ]

Bakı. Şəhriyar Əlizadə, Gülnar Bəşirova - APA. Azərbaycan prezidentinin dünən imzaladığı əfv sərəncamının şamil edildiyi daha iki nəfər, “Nida” Vətəndaş Hərəkatı İdarə Heyətinin üzvləri Zaur Qurbanlı və Üzeyir Məmmədli azadlığa buraxılıblar.

APA-nın məlumatına görə, Bakı İstintaq Təcridxanasında keçirilən icra prosesində Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin rəis müavini Hüseyn Əlixanov da iştirak edib.

 

Əfv sərəncamı 16 saylı Cəzaçəkmə Müəssisəsində də icra edilib. Buradan sərəncamın şamil edildiyi 3 məhkum azadlığa buraxılıb. Onlardan biri hicablıların aksiyasında tutulan Nahid Qəhrəmanovdur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367716

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR