“Saxo Bank”: Neftin qiyməti yenidən bareli 100 dollara yaxınlaşacaq

“Saxo Bank”: Neftin qiyməti yenidən bareli 100 dollara yaxınlaşacaq
13:18 16 Dekabr 2015
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Avro, Braziliya və neft gələn ilin lideri ola biləcəkmi?

Onlayn treydinq və investisiya üzrə ekspert sayılan “Saxo Bank” gələn il üçün nəzərdə tutulan “Şok proqnozları” açıqlayıb. Bu az ehtimal olunan, ancaq bəlkə də, lazımi diqqət ayrılmayan 10 iqtisadi hadisədir ki, nəticədə 2016-cı ildə maliyyə bazarları ağır fəsadlarla üzləşə bilər.

Təqdim olunan proqnozlar hər zaman olduğu kimi müxtəlif bazarları əhatə etməklə bir çox mövzulara toxunur: neft qiymətlərindən başlayaraq Rusiya valyutasının bivalyuta səbəti ilə nisbətdə yüksəlməsi, Olimpiya oyunlarının Braziliya iqtisadiyyatına təsiri və s.

“Qlobal maliyyə böhranı başlayandan etibarən müşahidə olunan konseptual gücsüzlük siyasətinin həlledici mərhələsinə yaxınlaşırıq. Kəmiyyət yumşaldılması proqramları və digər iqtisadi intervensiyalar gözlənilən nəticəni vermədi. Çin iqtisadiyyatı keçid durumundadır və geosiyasi gərginlik mürəkkəb bir forma alıb. Pulun son hədd dəyəri artır və bununla yanaşı bazarlarda qeyri-stabillik, həmçinin qeyri-müəyyənlik güclənir. Budəfəki analizlərimiz məhz qeyd olunan faktorlara əsaslanır”, - deyə “Saxo Bank”ın baş iqtisadçısı Stin Yakobsen qeyd edib.

«“Saxo Bank”ın “Şok proqnozları” investisiya dünyasını “alt-üst edə bilən” və bir-biri ilə əlaqəli olmayan 10 mümkün ziddiyyətli müddəanın müəyyənləşdirilməsi cəhdidir. Bu proqnozların müştərilərimizin təsəvvürünü oyatması və qızğın müzakirələrə səbəb olması bizim üçün ən yaxşı mükafatdır. Fərqli və müəmmalı iqtisadi baxışlara diqqətin cəlb edilməsi “Saxo Bank”ın artıq ənənəvi sayılan cari analitik müddəalarının özülünü təşkil edir», - deyə Stin Yakobsen vurğulayıb.

“Saxo Bank”ın 2016-cı il üçün “Şok proqnozları” aşağıdakılardır:

EURUSD hansı istiqamətdə dəyişəcək? 1,23 göstəricisinə doğru...
Hazırda Avropada cari hesab üzrə profisit yüksəkdir və aşağı inflyasiya göstəricisi fonunda makroiqtisadi məntiq baxımından belə bir şərait valyutanın zəifləməsinə deyil, möhkəmlənməsinə səbəb ola bilər. Aşağı hədlər müəyyən olunub və “dairə qapanıb”, bu o deməkdir ki, ABŞ-ın faiz dərəcələri ilə bağlı siyasətinə reaksiya olaraq dolların zəifləmə ehtimalı aktual olacaq.

Rus rublu 2016-cı ilin sonunadək 20% bahalaşacaq
Gələn ilin sonlarına doğru neft bazarlarında tələbin artacağı təqdirdə və Federal Ehtiyat Sisteminin (FES) faiz dərəcələrinin artırılması ilə bağlı əsassız ləngimələri əsasında Rusiya valyutası ABŞ dolları və avronun daxil olduğu bivalyuta səbəti ilə münasibətdə 20% bahalaşa bilər.

Silikon vadisinin “təkbuynuzları” səmadan yerə enəcək
2016-cı ildə Silikon vadisinin 2000-ci il təcrübəsini təkrarlayacağı ehtimal olunur, belə ki, bir çox “start-up”lar mümkün qədər çox istifadəçilərin cəlb edilməsi fonunda maliyyə baxımından və maddi biznes modellərin formalaşdırılmasında ləngimələrlə üzləşəcək.
Olimpiya oyunları Braziliyanın, həmçinin digər inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatının bərpasına təkan verəcək.

Stabilləşmə, olimpiya oyunlarına çəkilən investisiya xərcləri və islahatlar Braziliyanın bərpasına dəstək olacaq. Burada, həmçinin digər İOÖ-də yerli valyutanın zəifliyi İEÖ-ə ixracın artmasına səbəb olacaq və nəticədə IOÖ-in səhmlərini uğurlu bir il gözləyəcək.
Demokratlar hakimiyyəti qoruyub saxlayacaq və 2016-cı ildə konqresdə qalib olacaqlar.

Partiyanın gələcəyi ilə bağlı çəkişmələr nəticəsində respublikaçılar öz mövqelərini itirəcək ki, bu da siyasi gərginlik və işsizlikdən bezmiş gənc nəslin seçkilərdə yüksək fəallığına yönəlmiş uğurlu kampaniya keçirən demokratların qələbəsi ilə nəticələnəcək.

OPEC-in narahatlığı qısamüddətli olaraq neft qiymətlərini $100 göstəricisinə doğru istiqamətləndirə bilər.

OPEC-in neft qiyməti səbəti 2009-cu ildən etibarən ən aşağı göstəriciyə doğru düşüb və nəticədə kartel üzvləri arasında “təchiz et və hakim ol” strategiyasının uğursuzluğu ilə bağlı şübhələr arta bilər. Qeyri-OPEC ölkələrində hasilat həcminin azaldılması ilə əlaqədar çoxdan gözlənilən əlamətlər mütəmadi olaraq müşahidə ediləcək. Uyğun bir zamanda OPEC gözlənilmədən hasilat həcmini azaldaraq qiymətlərə dəstək göstərə bilər ki, nəticədə maliyyə bazarlarında investorlar uzun mövqedə çıxış edəcək və əvvəlki qiymətlərə doğru artım ola bilər.

Gümüş “qızıl qandalları” qıraraq 33% bahalaşacaq.

2016-cı ildə gümüş yenidən investorların inamını qazanacaq. Siyasətçilərin karbon dioksid tullantılarını azaltmaq məqsədi ilə bərpa olunan enerji mənbələrini dəstəkləməsi fotoelementlərin (günəş panellərində istifadə olunan cihaz) istehsalında istifadə edilən gümüşə tələbin artımını dəstəkləyəcək. Nəticədə gümüş digər metalları geridə qoyaraq 1/3 qədər bahalaşacaq.

FES-in aqressiv siyasəti korporativ istiqrazlar bazarında çöküşə səbəb olacaq.

2016-cı ilin sonunda FES-in rəhbəri Canet Yellen monetar siyasətin sərtləşdirilməsi və faiz dərəcələrinin artırılması ilə bağlı bir sıra aqressiv tədbirlər həyata keçirə bilər ki, bu da öz növbəsində iri istiqraz bazarlarında kütləvi satış, o cümlədən gəlirliliyin artması ilə nəticələnə bilər. İstiqraz ticarəti demək olar ki, bankların və brokerlərin balansından yoxa çıxıb, bu isə o deməkdir ki, bazarın fəaliyyəti üçün əhəmiyyətli bir faktor artıq mövcud deyil. Lakin bazar iştirakçılarının bunu anlaması müəyyən vaxt tələb edəcək və alıcılar təşviş içində bazarı tərk etməyə can atacaqlar.

El-Nino qasırğası inflyasiya artımına səbəb olacaq.

Gələn il El-Nino qasırğası tarix ərzində ən güclü olacaq və Cənub-Şərqi Asiya ölkələrinin əksəriyyətində, həmçinin Avstraliyada rütubət çatışmazlığı və quraqlıq müşahidə olunacaq. Kənd təsərrüfatında aşağı məhsuldarlıq dünya iqtisadiyyatının ekspansiyası fonunda tələblə müqayisədə təklifin azalmasına gətirib çıxaracaq. Bununla da “Bloomberg Agriculture Spot” indeksi 40% artacaq və gözlənilən inflyasiya təzyiqi yaradacaq.

Bərabərsizlik dəbdəbəni üstələyəcək.

Bərabərsizliyin və işsizliyin 10%-dən çox artması problemi ilə üzləşən Avropa vahid baza gəlirini tətbiq etməyi planlaşdırır ki, bu da hər kəsin başlıca tələblərini qarşılamaq imkanını təmin edəcək.

Daha eqalitar cəmiyyətlərdə dəbdəbə məshullarına tələb azalacaq ki, bu da müvafiq sahədə böhran doğura bilər.

Müzakirələrdə işitrak etmək və ən son xəbərlərdən məlumatlı olmaq üçün “Trading Floor” və “Saxo Bank” “Twitter” hesablarını izləyin.

“Şok proqnozlar”ın tam versiyasını təqdim olunmuş linkdən yükləyə bilərsiniz: http://ru.saxobank.com/campaigns/outrageous-predictions-2016

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2470207.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR