Bakının mərkəzi niyə tıxandı?

Bakının mərkəzi niyə tıxandı?
13:22 16 Dekabr 2015
26 Digər
Ölkə mətbuatı
A- A+

Bu gün səhər tezdən etibarən paytaxtın mərkəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin sıxlığı və tıxaclar müşahidə edilir. Hətta bəzi yollarda hərəkət iflic vəziyyətinə düşüb.

Bununla bağlı Milli.Az-ın sorğunu cavablandıran Daxili İşlər Nazirliyi (DİN) Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, problem paytaxın Zərifə Əliyeva küçəsində aparılan təmir işləri ilə əlaqədardır:
 

"Zərifə Əliyeva küçəsi ilə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub. Z.Əliyeva küçəsinin Bülbül prospekti ilə kəsişməsindən Rəsul Rza küçəsi ilə kəsişməsinədək hissəsində yeni asfalt örtüyünün çəkilişi ilə əlaqədar olaraq hərəkət istiqaməti dəyişdirilib. Sürücülərdən xahiş edilir ki, Z.Əliyeva küçəsi ilə hərəkət edərək "Azneft" dairəsi, 20-ci Sahə və Bayıl qəsəbələri istiqamətində hərəkət edəcəklərsə, alternativ yol kimi metronun "Gənclik" stansiyasına bitişik küçə və prospektlərlə Ziya Bünyadov prospekti, Qurd qapısı, Badamdar qəsəbəsindən keçməklə hərəkət edə bilərlər".

Bölmə rəisi əlavə edib ki, hazırda paytaxtın mərkəzi küçələrində - Xaqani küçəsinin Rəşid Behbudov küçəsi ilə kəsişməsindən Azadlıq prospekti ilə kəsişməsinədək olan hissəsində, həmçinin Bülbül prospektinin Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsindən Zərifə Əliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində, eləcə də Bülbül prospektinin Zərifə Əliyeva küçəsi ilə kəsişməsindən Neftçilər prospekti ilə kəsişməsinədək olan hissəsində yeni asfalt örtüyünün çəkilişi aparıldığından bu istiqamətlər üzrə kəsişən küçə və prospektlərdə ciddi nəqliyyat sıxlığı yaşanır: "Sıxlığın, ləngimələrin olmaması və yol qəzalarının baş verməməsi üçün vətəndaşlara bu istiqamətlər üzrə ictimai nəqliyyat vasitələrindən istifadə etməklə hərəkət etmələrinə üstünlük vermələri tövsiyə olunur".
 

İlkin İzzət
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR