Aktual mövzular: Dollar alış-satışı , Hava, Məzənnə, Neftin qiyməti

bp: Neftin qiymətinin ucuzlaşması Azərbaycanda reallaşdırılan layihələrin icrasına təsir etməyəcək

bp: Neftin qiymətinin ucuzlaşması Azərbaycanda reallaşdırılan layihələrin icrasına təsir etməyəcək

Mərkəzi Bank: FED-in qərarı dolayısı ilə bizə təsir edə bilər (16 Mart 2017 10:34)
Neftin 60 dollaradək bahalaşacaq (11 Mart 2017 21:05)
Rusiya 2017-ci ildə neftin qiymətini 55-60 dollar civarında proqnozlaşdırır (07 Mart 2017 01:57)

Tarix: 16 Dekabr 2015 13:28


Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC
Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması bp şirkətinin Azərbaycanda reallaşdırdığı layihələrin icrasına təsir göstərməyəcək. bp Azərbaycanda icra etdiyi layihələri dayandırmaq niyyətində deyil. Həmin layihələrə həm uzunmüddətli layihələr, həm də daha qisamüddətli və sosialyönümlü layihələr də daxildir.
Bu sözləri AZƏRTAC-a “bp-Azərbaycan” şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı deyib.
Qeyd edək ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) dünya bazarlarında neftin davamlı olaraq ucuzlaşması ilə əlaqədar maliyyə dayanıqlığının saxlanılması və xərclərin optimallaşdırılması istiqamətində beynəlxalq neft-qaz əməliyyatları sahəsində ümumi qəbul olunmuş təcrübə nəzərə alınmaqla müvafiq tədbirləri həyata keçirməyə başlayıb. SOCAR sosialyönümlü layihələrin, sponsorluq və xeyriyyəçilik fəaliyyətinin, maliyyə yardımlarının məhdudlaşdırılması, nəqliyyat, rabitə, ofis ləvazimatlarının alınması kimi xərclərin azaldılması, izafi xərclərin aradan qaldırılması ilə bağlı tədbirlərə başlayıb. Həmçinin, 2016-cı il yanvarın 1-dən SOCAR-ın nümayəndəliklərinin fəaliyyətinin təmin edilməsində əsaslı dəyişikliklər də nəzərdə tutulub.
 

Teqlər:  Neftin qiymətinin ucuzlaşması Azərbaycanda reallaşdırılan layihələrin icrasına təsir etməyəcək



RƏYLƏR


Top xəbərlər