Ermənistanda konstitusiya islahatları qüvvəyə minənə qədər bu işi görməliyik

Ermənistanda konstitusiya islahatları qüvvəyə minənə qədər bu işi görməliyik
13:37 16 Dekabr 2015
22 Digər
Ölkə mətbuatı
A- A+

S.Sərkisyan konstitusiya islahatlarına gedərkən qarşısına qoyduğu əsas məsələlərdən biri də Dağlıq Qarabağ tənzimlənməsi ətrafında yaranmış vəziyyəti və ya yarana biləcək yeni reallıqları öz maraqları prizmasından manipulyasiya etməkdir. Tənzimləmədə vəziyyət erməni xalqına bəlli olacağı təqdirdə, xalq ayağa qalxa bilər. Bu zaman silahlı xalq və ordu S.Sərkisyanı asanlıqla hakimiyyətdən devirə bilər.

Trend xəbər verir ki, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bu gün keçirdiyi mətbuat konfransında deyib.

Politoloqun sözlərinə görə, bu olmasın deyə ali baş komandan vəzifəsini "yarımştata" çevirdi: "Dinc dövrdə Ermənistanda ali baş komandan olmayacaq. Müharibə dövründə isə baş komandan isə həmin dövrün reallıqlarına uyğun şəxs təyin oluna bilər. Baş nazir dəyişdirilə, yeni baş nazir təyin edilə bilər və yeni baş nazirə ali baş komandan statusu verilə bilər. Qalan bütün dövrdə Ermənistanın ordusu ilə yalnız müdafiə naziri məşğul ola bilər. Amma S.Sərkisyanın indiki konstitusiya islahatları Dağlıq Qarabağ kontekstini başqa məsələ təşkil edir. S.Sərkisyanın yeni konstitusiyası Dağlıq Qarabağ münaqişəsinin yarandığı vaxtdan bu günə qədər mövcud olmuş prezidentlərin görüşü formatını ləğv etdi".

M.Əhmədoğlu bildirib ki, Ermənistan parlamentli respublikaya çevrilir: "Əsas şəxs baş nazir olacaqdır. Lakin baş nazirin hakimiyyətinin sabitliyini və müddətini ayrı parametrlər müəyənləşdirəcəkdir:

I. Azərbaycan prezidentinin oyuncaq baş nazirlə Dağlıq Qarabağ danışıqlarına getməsi mümkün deyil.

II. Danışıqların müəyyən həlledici mərhələsində Ermənistan tərəfi baş naziri dəyişə bilər. Beləliklə, Azərbaycan prezidenti ilə növbəti görüşə ayrı şəxs gələ bilər.

III. Bu gün Dağlıq Qarabağda vəzifədə olan şəxslərdən hər hansı biri bu və ya digər formada baş danışıqçı elan edilə bilər və ya Ermənistanda baş nazir təyin edilə bilər.

S.Sərkisyanın əsas məqsədi prezidentlərin görüşü formatını ləğv etməkdir. Çünki danışıqlar prosesi indi onun ziyanına çevrilib. Erməni ekspertlərinin böyük əksəriyyəti, ictimai-siyasi mühiti danışıqların Ermənistanın ziyanına çevrildiyini başa düşürlər. Ona görə S.Sərkisyan danışıqların əsas formatını ləğv etdi və elə başa düşür ki, beynəlxalq ictimaiyyət onun bu addımını başa düşməyəcək. Günahı həm də Azərbaycanın üzərinə qoyacaq".

Mərkəz rəhbəri qeyd edib ki, prezident S.Sərkisyanın Ermənistan-Azərbaycan prezidentlərinin görüşü formatını ləğv etməsi ATƏT MQ və beynəlxalq ictimaiyyət üçün SOS siqnalıdır: "Konstitusiya islahatları qüvvəyə minənə qədər ciddi səy göstərməklə Azərbaycan və Ermənistan prezidentlərinin bir və ya iki görüşünü təşkil etmək olar. Ona görə danışıqlar ciddiləşməli, hərtərəfli sülh sazişi hazırlanıb prezidentlərə imzalatdırılmalıdır".

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/country/390680.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR