"Report" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, neft hasilatı əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,4% azalıb, əmtəəlik qaz hasilatı isə 6,3% artıb.
Bu ilin 11 ayında ümumilikdə təbii qaz hasilatı isə 27,1 mlrd. kubmetr təşkil edib.
Dekabrın 1-nə olan vəziyyətə görə, Azərbaycanda 342,8 min ton xam neft, 788,6 mln. kubmetr təbii qaz ehtiyatı var.