Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Nazir müavinindən etiraf: "Azərbaycan təhsili lazım olan səviyyədə deyil"

Nazir müavinindən etiraf: "Azərbaycan təhsili lazım olan səviyyədə deyil"

Date: 16 December 2015 13:49

Təhsil Problemləri İnstitutunun təşkilatçılığı ilə "Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr" mövzusunda respublika elmi konfransı keçirilir.

APA-nın məlumatına görə, tədbirdə çıxış edən institutun direktoru Qulu Novruzov bildirib ki, konfransın keçirilməsində əsas məqsəd Azərbaycan təhsilinin qarşısında duran strateji hədəflər baxımından pedaqoji elmlərin vəzifələrini müzakirə etməkdir: "Hesab edirəm ki, bu gün dünyada gedən proseslərin mahiyyətinə varıb pedaqogikada tamamilə fərqli yanaşmalar, yeni metodika tətbiq olunmalıdır".


Q. Novruzov deyib ki, bugünkü tələbə 15 il əvvəlin tələbəsindən kəskin şəkildə fərqlənir: "Yəni dünən həyətdə oynayan uşaq, bu gün planşet arxasına keçir. Ona görə də bu gün müəllim şagirdə biliyin səmərəli tətbiq yollarını göndərməlidir".

Təhsil nazirinin müavini Firudin Qurbanov isə etiraf edib ki, bu gün Azərbaycan təhsili lazım olan səviyyədə deyil: "Baxmayaraq ki, bu il universitetlərə qəbul olan abituriyentlərin nəticələri yaxşı olub, amma yenə də, biz təhsilin keyfiyyətini lazımi səviyyəyə qaldıra bilməmişik. Eyni zamanda qeyd etməliyəm ki, son vaxtlar birinci siniflərə gələnlərin sayında azalma müşahidə olunsa da, bu il məktəbə qədəm qoyan şagirdlərin sayı 12 faiz artıb. Ali məktəblərə bu il qəbul olan abituriyentlər arasında 500 və bu göstəricidən çox bal toplayanların sayı keçən ilə nisbətən 37 faiz artıb. Bu göstərici bizi nikbin olmağa sövq edir".

Tədbir çıxışlarla davam edir.

 


Tags:  Nazir müavinindən etiraf Azərbaycan təhsili lazım olan səviyyədə deyil

RƏYLƏR


Top news