Dopinqdə "ilişən" atletimiz: "Allah eləsin, testin cavabı mənfi çıxsın"

Dopinqdə "ilişən" atletimiz: "Allah eləsin, testin cavabı mənfi çıxsın"
13:52 16 Dekabr 2015
30 İdman
Ölkə mətbuatı
A- A+

"Dopinqdə ilişməyimlə bağlı məlumatı mənə yığmanın baş məşqçisi Miroslav Çoroş verdi. Təbii ki, bunu gözləmirdim".

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, bu sözləri açıqlamasında Azərbaycan yığmasının ağırlıqqaldıranı Silviya Angelova deyib.

ABŞ-ın Hyuston şəhərində ağırlıqqaldırma üzrə keçirilən dünya çempionatında dopinq testdə "ilişən" 4 idmançı siyahısında Angelovanın da adı var. Apreldə 2 illik diskvalifikasiya müddəti başa çatan milliləşdirilən legionerin orqanizmində yenidən istifadəsi qadağan olunan dərman preparatı aşkar olunub.
 
Bolqarıstan əsilli, 33 yaşlı atletin A testi müsbət nəticələndiyindən B testindən keçmək məcburiyyətindədir. Əgər bu sübuta yetirilərsə, 48 kq çəki dərəcəsində yığmamızın şərəfini qoruyan Silviya ömürlük cəzalandırıla bilər.
 
Lakin idmançının özü B testinin mənfi nəticələnəcəyinə ümid bəsləyir. O bildirib ki, hələlik Azərbaycan Ağırlıqqaldırma Federasiyasından heç kimlə rəsmi söhbət olmayıb: "Artıq ikinci dəfədir, bu halla üzləşirəm. B testi də müsbət nəticələnsə, ömürlük diskvalifikasiya oluna bilərəm. Hələlik B testi üçün analizi verməyə nə vaxt çağırılacağımı mənə deməyiblər. Əgər cavab mənim üçün yaxşı nəticələnməsə, Azərbaycanla vidalaşıb, Bolqarıstana qayıdacam. Allah eləsin, B testinin cavabı mənfi çıxsın. Gələcək karyeram məhz bu cavabdan asılıdır".
 
Qeyd edək ki, noyabrın 20-28-də ABŞ-da keçirilən mundialda Angelova 39 idmançı arasında 34-cü olmuşdu və Olimpiya lisenziyası üçün komandamızın aktivinə xal yazdıra bilməmişdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/390668.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR