Aktual mövzular: Dollar alış-satışı , Çempionlar Liqası, Hava haqqında, Məzənnə, Neftin qiyməti

Azərbaycanda qardaşını öldürən gənc qız yeddi aydan sonra meyiti başqa yerdə dəfn edib

Azərbaycanda qardaşını öldürən gənc qız yeddi aydan sonra meyiti başqa yerdə dəfn edib

Date: 16 December 2015 13:52

Bakı. 16 dekabr. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində qardaşını öldürməkdə təqsirləndirilən Qusar rayon sakini, 1997-ci il təvəllüdlü Baxışova Alyona Fazil qızının cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib.
"Report"un xəbərinə görə, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən iclasda prokuror ittiham aktını elan edib. 
Alyona Baxışova ittihan üzrə özünü təqsirli bilib. A.Baxışova məhkəmyə qısa ifadə verib. O deyib ki, qardaşı Baxış Baxışov ona əxlaqsız təklif elədiyi üçün balta ilə öldürüb. 
İttiham aktına əsaəsn, hadisə ötən il Qusar rayonun Lecet kəndində baş verib. A.Baxışova qardaşı Baxış Baxışovu qətlə yetirilib. O, ilkin ifadəsində bildirib ki, qardaşı ona təcavüz etmək niyyətində olduğu üçün balta ilə vurub. A.Baxışova qardaşını öldürdükdən sonra basdırıb. Hadisədən yeddi ay keçəndən sonra meyidi çıxarıb başqa yerdə dəfn edib. Cinayət işinin üstü isə B.Baxışovun telefonundan ailə üzvlərinə gələn mesajdan sonra açılıb. Mesajın A.Baxışova tərəfindən yazıldığı məlum olub. O, polis əməkdaşları tərəfindən saxlanılıb. A.Baxışova qardaşını öldürdüyünü etiraf edib. O, Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham olunur.
Məhkəmə qeyri-müəyyən vaxta qədər təxirə salınıb.

Tags:  Azərbaycanda qardaşını öldürən gənc qız yeddi aydan sonra meyiti başqa yerdə dəfn edib

RƏYLƏR


Top news