"Western Union" 4 ölkədə öz online-xidmətlərini istifadəyə verib

"Western Union" 4 ölkədə öz online-xidmətlərini istifadəyə verib
13:53 16 Dekabr 2015
15 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 16 dekabr, AZƏRTAC
Pulköçürmə sahəsində lider olan "Western Union" Şərqi Avropanın 4 ölkəsində öz online-xidmətlərini istifadəyə verib.
AZƏRTAC banks.eu saytına istinadla xəbər verir ki, Bolqarıstan, Xorvatiya, Rumıniya və Sloveniya əhalisi 200-dən çox ölkədə onlayn pulköçürmə əməliyyatları apara bilər. Ümumiyyətlə isə onlayn-tranzaksiyalarını 33 ölkənin sakinləri həyata keçirə bilərlər. Bunun üçün xidmətin veb-saytına daxil olaraq "Visa" və ya "Mastercard" kart vasitəsilə ödəmə etmək mümkündür. Ukraynalılar hələlik bu xidmətdən yararlana bilmirlər.
"Western Union" bütün dünyada onlayn-tranzaksiya şəbəkəsini genişləndirmək niyyətindədir. Şirkət, eyni zamanda, Böyük Britaniyada yeni özünəxidmət köşkləri quraşdırıb, Fransada Android və İOS ilə vəsait göndərməyə imkan verən mobil əlavəsinin təqdimatını keçirib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/_quotWestern_Union_quot_4_olkede_oz_online_xidmetlerini_istifadeye_verib-911663

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR