​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb

​İran İslam Respublikasının ilk qadın səfiri vəzifəsinin icrasına başlayıb
13:57 16 Dekabr 2015
22 Dünya
Ölkə mətbuatı
A- A+

Bakı. 16 dekabr. REPORT.AZ/ İran İslam Respublikasının ilk qadın səfiri Mərziyyə Əfhəm vəzifəsinin icrasına başlayıb.
"Report" xəbər verir ki, bu haqda İran KİV-i məlumat yayıb.
Məlumata görə, o, vəzifəsinin icrasına başlamaq üçün Malayziyanın paytaxtı Kuala-Lumpura gedib. O, Malayziyada jurnalistlərə ilk müsahibəsini də verib: "İran və Malayziya mediasının bir-birini tanıması, əməkdaşlıq etməsi iki ölkə arasında iş birliyi üçün əhəmiyyətlidir".
Qeyd edək ki, Mərziyyə Əfhəm səfir olmazdan öncə İran Xarici İşlər Nazirliyinin sözçüsü vəzifəsində çalışıb.  

Xəbərin orijinal ünvanı: http://report.az/region/i-ran-i-slam-respublikasinin-ilk-qadin-sefiri-vezifesinin-icrasina

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR