Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək

Ədliyyə orqanlarında işləmək istəyənlər üçün imtahan keçiriləcək

Date: 16 December 2015 13:59

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) 2015-ci il dekabrın 19-da ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirəcək.

TQDK-nın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, imtahan saat 12:00-da vahid auditoriyada-Bakı İdman Sarayında (Bakı şəhəri, Neftçilər prospekti 26A ünvanında) təşkil olunacaq.

Sənədlərin qəbulu Ədliyyə Nazirliyi tərəfindən aparılıb və 650 nəfərin namizədliyi qeydə alınıb.

Qeyd edək ki, test imtahanının yekununa görə 55 və daha artıq bal toplamış namizədlər uğur qazanmış hesab olunur. Həmin namizədlərin zəruri sənədlərinin toplanması və yoxlanılması bu mərhələdən sonra həyata keçiriləcək və qanunvericiliklə müəyyən edilmiş bütün tələblərə cavab verən şəxslər ikinci mərhələyə - söhbətə buraxılacaqlar.

 


Tags:  Ədliyyə orqanlarında işləmək istəyənlər imtahan keçiriləcək

RƏYLƏR


Top news