Ötən il respublika üzrə 170 min 503 nəfər diri doğulan uşağın 3296 nəfəri 15-17 yaşlı anaların payına düşüb

Ötən il respublika üzrə 170 min 503 nəfər diri doğulan uşağın 3296 nəfəri 15-17 yaşlı anaların payına düşüb
14:08 16 Dekabr 2015
10 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı milyarderin oğlu Rusiyanın ən zəngin varisi oldu (25 May 2017 22:12)
Azərbaycanda bu xəstələrin sayı artır (25 May 2017 13:22)
Azərbaycanda qalxanabənzər vəz xəstələrin sayı artır (25 May 2017 13:01)


Bakı, 16 dekabr, AZƏRTAC
Ötən il respublika üzrə 170 min 503 nəfər diri doğulan uşağın 3296 nəfəri 15-17 yaşlı anaların payına düşüb.
AZƏRTAC xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfransda iştirak edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev deyib.
İ.İsayev bildirib ki, BMT-nin qiymətləndirmələrinə əsasən, dünyada hər il 14,2 milyon nəfər 18 yaşına çatmamış qız nikaha daxil olur. Başqa sözlə, hər gün 39 mindən çox erkən nikah baş verir. Belə vəziyyət davam edərsə, 2015-2020-ci illərdə 70 milyon nəfər 18 yaşına çatmamış qız erkən nikaha girəcək. Hesablamalara görə, onların 13,2 faizini və ya 9,2 milyon nəfərini 15 yaşına çatmamış qızlar təşkil edəcək. Bu fikirləri əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkil etdiyi “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda keçirilən konfransda çıxışı zamanı diqqətə çatdırıb.
Nazir müavini erkən nikahların əsas hissəsinin Afrika və Cənubi Asiya ölkələrinin payına düşdüyünü, həmin regionlarda nikaha daxil olan hər 3 gənc qadının birinin 18 yaşına çatmamış qız olduğunu bildirib. Qeyd edib ki, ən yüksək göstərici Nigerdə (75%), Çad və Mərkəzi Afrika Respublikasında (68%), Banqladeşdə (66%), Qvineyada (63%), Mozambikdə (56%), Malidə (55%), Burkina-Faso və Cənubi Sudanda (52%) və Malavidə (50%) qeydə alınıb. Mütləq ifadədə isə erkən nikahların sayı Hindistanda daha çoxdur. Bu ölkədə nikahların 47 faizi erkən yaşda olan şəxslərdir.
Qeyd olunan ölkələrdən fərqli olaraq Azərbaycanda bu göstəricinin kifayət qədər aşağı olduğunu bildirən İ.İsayev bununla belə, bəzi dolayı statistik göstəricilərin bu sahədə problemin narahatedici olduğunu deməyə əsas verdiyini vurğulayıb. Diqqətə çatdırıb ki, Dövlət Statistika Komitəsinin (DSK) məlumatına görə, 2014-cü ildə qeydə alınmış 84 min 912 nikahdan 479-u 18 yaşına çatmamış qızlarla, 2-si isə 18 yaşına çatmamış oğlanlarla olub. Digər tərəfdən, diri doğulan uşaqların sayında rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların xüsusi çəkisi 14,9 faiz olub ki, həmin qadınların 61,6 faizi kənd yerlərində yaşayanlardır. Əgər 1990-cı illərdə rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən doğulan uşaqların sayı şəhər yerlərində üstünlük təşkil edirdisə, 2003-cü ildən etibarən bu göstərici kənd yerlərində daha çox olub.
Nazir müavini əlavə edib ki, 2004/05-ci tədris ilində dövlət və qeyri-dövlət əyani ümumtəhsil müəssisələrində 1-ci sinif şagirdlərinin sayı təxminən 141 min nəfər təşkil edib. Qeyd edib ki, 2014/2015-ci tədris ilində isə 11-ci sinifdə oxuyan şagirdlərin sayı 91,5 min nəfər olub. 2004/05-ci tədris ilindən təhsil alan şagirdlərin 10,2 min nəfərinin əyani ilk peşə-ixtisas təhsil müəssisələrinə qəbul olunduğunu nəzərə alsaq, 39,3 min şagirdin ümumtəhsil məktəbini bitirmədiyi qənaətinə gəlmək olar. Bu şagirdlərin 61,8 faizi kənd yerlərinin payına düşür. Araşdırmalar göstərib ki, məktəbdən yayınan bu şagirdlərin əksər hissəsi erkən nikah qurmuş qızların payına düşür. Göründüyü kimi, yeniyetmə qızların erkən nikaha daxil olması təhsildən yayınma hallarını da artırır. 2015-ci ildə qəbul imtahanlarının nəticəsi göstərib ki, həmin il ərzində respublikanın cənub bölgəsindən ali məktəblərə sənəd verən abituriyentlərin cəmi 10 faizini qızlar təşkil edir. Bu, bizim qızların erkən yaşlarından təhsil hüququndan məhrum edildiyini göstərir.
Erkən nikahın əslində sosial hadisə olduğunu qeyd edən İ.İsayev bildirib ki, ailə quran tərəflərin yaşlarının rəsmi nikah üçün qanunvericiliklə müəyyən olunmuş yaş həddindən aşağı olması həmin yeni qurulmuş ailələrdə bir sıra problemlərə gətirib çıxarır. Belə ailələrdə nikahın pozulması, xəstə uşaqların dünyaya gətirilməsi, məişət zorakılığı, fiziki-psixoloji çətinliklər kimi hallar daha çox müşahidə olunur. DSK-nin məlumatına əsasən, 2014-cü ildə respublika üzrə 170 min 503 diri doğulan uşağın 3296 nəfəri, o cümlədən şəhər yerlərində 1054, kənd yerlərində 2242 nəfəri 15-17 yaşlı anaların payına düşüb. İ.İsayev dedi: “Acınacaqlı hal odur ki, 15-19 yaşına qədər anaların 279-u ikinci uşaq, 9-u isə 3-cü uşaq dünyaya gətirib. 18-19 yaşlı anaların isə 158 nəfəri 3-cü uşaq dünyaya gətirib”.
“Araşdırmalar kənd qızlarının işlə təmin olunmalarındakı müəyyən çətinliklərin, bir sıra hallarda çarəsizlik, ümidsizlik mühitinin erkən nikahların səbəblərindən biri olduğunu göstərir”,- deyə qeyd edən İ.İsayev ölkə əhalisinin 8,9 faizini 14-19 yaşlı gənclər təşkil etdiyini, onların 47,4 faizinin gənc qızlar olduğunu bildirib. O, ölkədə gənclərin məşğulluğunun təmin olunması yönündə aparılan işlərdən, o cümlədən dövlət məşğulluq orqanları tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərindən, tələbə və məzunların əmək bazarlına inteqrasiyasının dəstəklənməsindən, BƏT-lə birgə icra olunan pilot layihə çərçivəsində bir qrup gəncin subsidiyalı əsaslarla məşğulluğunun təmin olunmasından söz açıb. Onun sözlərinə görə, hazırda əmək bazarında 5397 nəfər 15-19 yaş arasında olan şəxs muzdla əmək fəaliyyəti göstərir ki, bu da bütün muzdla işləyənlərin 43 faizi təşkil edir. Bunların 45,5 faizi gənc qızlardır. Bu yaş qrupunda olan şəxslərin 80 nəfərinin ibtidai təhsili, 2541 nəfərinin tam orta təhsili, 1046 nəfərinin isə ümumi orta təhsili vardır.
Nazir müavini bildirib ki, Azərbaycan gənclər arasında aşağı işsizlik həddi olan dövlətlərdən biridir. Ölkəmizdə 15-24 yaş arasındakı gənclər üzrə işsizlik səviyyəsi 13,5 faiz olduğu halda Avropa Birliyində bu, 20,6 faiz, İspaniyada - 49,3, Xorvatiyada - 43,6, İtaliyada - 41,5 faizdir. Diqqətə çatdırıb ki, Azərbaycan dünya miqyasında gənclərin məşğulluğu üzrə BMT-nin elan etdiyi on lider ölkə sırasına, habelə cari ildə Beynəlxalq Əmək Təşkilatının rəsmi saytında gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazası, praktik iş təcrübəsi olan 41 ölkə sırasına daxil edilib.
İ.İsayev araşdırmaların nəticələrinə əsasən, erkən nikahların səbəblərindən birinin də kənd yerlərində yaşayan kişilərin əmək miqrasiyası ilə bağlı olaraq qızlar arasında ailə qura bilməmək qorxusundan irəli gəldiyini qeyd edib. O, regional inkişaf üzrə Dövlət Proqramları nəticəsində ölkənin bütün bölgələrində həyata keçirilən inkişaf proseslərindən, habelə sosial məsələlərin həlli ilə bağlı görülən tədbirlərdən, Heydər Əliyev Fondunun təhsil, səhiyyə, mədəniyyət və digər sahələrlə bağlı layihələrindən bəhs edib.
Nazir müavini bildirib ki, dünyada erkən nikahların səbəbləri müxtəlifdir. Onların bəziləri ümumi xarakterli, əksəriyyəti ölkələr və regionlar üzrə fərqlidir. Bu baxımdan erkən nikahların qarşısının alınması yalnız qanunvericiliyin təkmilləşdirilməsi və sərtləşdirilməsi hesabına mümkün deyil. Bu məsələnin həlli kompleks yanaşmanı və ictimaiyyətin bütün təbəqələrinin, o cümlədən dövlət orqanlarının birgə aktiv səylərini tələb edir.

RƏYLƏR

OXŞAR XƏBƏRLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR

Ölkə mətbuatında bugün »

Trampın VİZA QADAĞASI rədd edildi

26 May 2017 10:13

Şoumen özündən 34 yaş kiçik sevgilisi ilə tutuldu - FOTO

26 May 2017 10:12

Birinci xanımlar arasında "kişi xanım" da vardı - Siyasi qalmaqal - FOTO

26 May 2017 10:12

BMT baş katibi münaqişələrin qarşısının alınması və başa çatdırılmasının əsas prioritetləri olduğunu bildirib

26 May 2017 10:12

Bakıda müəllim işləyən arvadını döyərək öldürən şəxsin apellyasiya şikayəti təmin edilməyib

26 May 2017 10:07

Bakıda sürücünü qovan yol polisinin maşını qəzaya düşdü - VİDEO

26 May 2017 10:05

İdman zalında yaşlı qadının çılpaq şəklini çəkib, yaydı - FOTO

26 May 2017 10:05

Çində rüşvət almaqda ittiham edilən dövlət məmuru edam olunub

26 May 2017 10:02

Prezident İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət edib

26 May 2017 10:01

Bakıda avtobusun piyadanı vuraraq öldürməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

26 May 2017 09:57

"Barselona"nın transfer edəcəyi ilk ulduz

26 May 2017 09:57

​Sabahdan müqəddəs Ramazan ayı başlayır

26 May 2017 09:57

Qusarda 33 yaşlı ruhi xəstə özünü talvardan asdı

26 May 2017 09:55

Neftimiz ucuzlaşdı

26 May 2017 09:53

Nişanlısı ilə axşam gəzintisinə çıxan Fahriye Evcenin yaz stili – FOTOLAR

26 May 2017 09:53

Azərbaycan neftinin qiymətində DƏYİŞİKLİK

26 May 2017 09:52

Dodaqlarınız çatlayır? Elə isə bunu edin

26 May 2017 09:48

Zaur Antalyada saxlanıldı, deportasiya edilir

26 May 2017 09:47

KİV: Donald Trampın kürəkəni Cared Kuşner FTB-nin nəzarəti altındadır

26 May 2017 09:47

İslamidada itən idmançıların ölkələrinə qayıtmama səbəbi

26 May 2017 09:47

Bu həftə "V Element" Islamiadaya həsr olunacaq - VİDEO

26 May 2017 09:42

Azərbaycan nefti ucuzlaşdı

26 May 2017 09:42

FTB Trampın kürəkəni ilə bağlı araşdırmaya başladı

26 May 2017 09:38

Güclü zəlzələ baş verib

26 May 2017 09:38

ABŞ-ın Qərbi Hollivud şəhərində 28 may “Azərbaycan Milli Günü” elan edilib

26 May 2017 09:37

Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının əsas göstəriciləri (26.05.2017)

26 May 2017 09:37

Kriştianu Ronaldu 5 il müddətinə həbs oluna bilər

26 May 2017 09:37

Azərbaycan nefti 1 dollar ucuzlaşıb

26 May 2017 09:37

"Məni 17 yaşım olanda qaçırtdılar", "Namusunu əvvəldən təmiz saxlayaydın da"....

26 May 2017 09:37

BNA-dan 81 saylı marşrut avtobusunun piyadanı vurmasına münasibət

26 May 2017 09:36

Qızları oğurlayıb seks köləsi edən, doğulan uşaqları terrorçu kimi böyüdən təşkilat barədə ŞOK FAKTLAR

26 May 2017 09:33

Dünya birjalarında qızıl bahalaşdı

26 May 2017 09:33

Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (26.05.2017)

26 May 2017 09:32

Mustafa Ceceli boşandı

26 May 2017 09:32

“Respublikası Günü” və Azərbaycan Respublikasının BMT-yə üzvlüyünün 25-ci ildönümü ilə əlaqədar Nyu-Yorkda rəsmi qəbul keçirilib (FOTO)

26 May 2017 09:29

Cəbhədən YENİ XƏBƏR

26 May 2017 09:27

Qızıl 2 dollaradək bahalaşdı

26 May 2017 09:27

Azərbaycan klubu “Dinamo” ilə qarşılaşacaq

26 May 2017 09:22

Millimiz Ukraynaya qarşı

26 May 2017 09:17

"Yuventus" hücumçusu ilə müqavilə yenilədi

26 May 2017 09:17

Azərbaycan Beynəlxalq Bankı dəftərxana ləvazimatları almaq istəyir

26 May 2017 09:17

MN: Mövqelərimiz iriçaplı pulemyot və minaatanlardan 130 dəfə atəşə tutulub

26 May 2017 09:15

Bu günün TƏQVİMİ

26 May 2017 09:13

Cəbhədən xəbər var

26 May 2017 09:13

Şahdağ Turizm Mərkəzində təchizat zəncirinin idarə edilməsinə ehtiyac var

26 May 2017 09:12

Unibankdan Respublika gününə xüsusi kredit kampaniyası

26 May 2017 09:08

Bakı sakini qonşusu tərəfindən döyülərək xəsarət alıb

26 May 2017 09:07

Ermənistan silahlı bölmələri atəşkəsi 130 dəfə pozub

26 May 2017 09:07

Azərbaycan Mərkəzi Bankı kotirovka sorğusu keçirir

26 May 2017 09:07

Təkrarsız El - FOTO

26 May 2017 09:05