Aktual mövzular: Dollar alış-satışı , Hava haqqında, Məzənnə, Neftin qiyməti

“Bala Turkvizyon”un qalibi azərbaycanlı uşaqlar oldu - foto

“Bala Turkvizyon”un qalibi azərbaycanlı uşaqlar oldu -  foto

Date: 16 December 2015 14:11

“Türkvizyon” mahnı yarışması çərçivəsində keçirilən “Bala Turkvizyon” adlı ilk uşaq mahnı müsabiqəsinin qalibi bəlli olub.

Axşam.az-ın məlumatına görə, yarışmada ölkəmizi təmsil edən 5 yaşlı Nuray Rəhman və 14 yaşlı Əhməd Əmirli birinci yerə layiq görülüb. Onlar birlikdə sözləri Ruhiyyə Rüstəmovaya, musiqisi Ülviyyə Bəbirliyə aid olan “Uşaqlıq illəri” mahnısını səsləndiriblər. Həmyerlilərimiz 115 xal toplayıblar.

Qeyd edək ki, Nuray Rəhman və Əhməd Əmirli “Azad Azərbaycan” televiziyasında yayımlanan “Azərbaycanın səsi bala” yarışmasında qalib olublar.

Nuray Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdindəki “Oyuq” teatr-studiyasının üzvüdür.


Tags:  Bala Turkvizyonun qalibi azərbaycanlı uşaqlar oldu foto

RƏYLƏR


Top news